QİDA ALLERGİYALARI

Qida allergiyası nədir?  Normalda digər insanların qəbul etdiyi hər hansı reaksiya vermədiyi qidalara orqanizmin həddən artıq reaksiya verməsidir. İlk ortaya çıxması əlavə qidaya keçid dövrü başlayır. Bəzi hallarda əgər uşaq ana südü ilə qidalanırsa ananın yediyi hər hansı qidaya uşaqda reaksiya yarana bilər.

Bu reaksiya ilk vaxtlarda yanaqlarda köpəşik, qızartı, dəridə quruma, çatlama kimi əlamətlərlə özünü biruzə verir. Bundan başqa mədə bağırsaq allergiyaları da rast gəlinir. Çox zaman 1 yaşadək uşaqlarda fontanşəkilli qusma, ishal baş verir.

Allergiya verdiyi ehtimal olunan qida rasiondan çıxarıldıqda yaxşılaşma müşahidə edilir. Daha az hallarda bədəndə səpgilər, anafilaktik şok və angioödem dediyimiz bütün bədənin şişməsi də rast gəlinə bilir.

loading...

Bu reaksiyalar daha çox inək südünə, yumurta, buğda unu, fındıq, fıstıq, balıq və dəniz məhsullarına qarşı olur. Allergiyanın hansı qidaya olduğunu qanda edilən analizlərlə təyin etmək mümkündür.

Uşaqlarda bu allergik reakiyalar adətən 3 yaşından etibarən keçir. Qalıcı olanlar çərəz və balığa olan allergik reaksiyalardır. Bunlar yeniyetməlik və yetkinlik dövrünə qədər və ya ömür boyu davam edə bilir.

Nə etməli? İlk olaraq allergiyaya genetik meylliliyi olan uşaqları körpəlik dövründə əlavə qidaya mümkün qədər gec keçirmək, əlavə qidaya keçərkən yuxarıda sadalanan qidalardan mümkün qədər uzaq durmaq. Allergik uşaqlar davamlı həkim nəzarətində olmalı, pəhrizə əməl olunmalıdır.

Dr. Ellada Nağıyeva

loading...

Bunuda oxu...