QEYRİ İNFEKSİON HEPATİTLƏR

viruslarHepatit qaraciyərin iltihabi xəstəliyidir. Əgər iltihabi prosesin müddəti 6 aydan azdırsa kəskin, 6 aydan çoxdursa buna xroniki hepatit deyilir.

Adətən kəskin hepatitlər tam sağalma ilə nəticələnir. Bəzi hallarda isə xəstəlik xronik formaya keçir və illərlə davam edir nəticədə qaraciyər sirrozu və xərçəngi ilə nəticələnir.

Başlanğıc dövrdə hepatitli xəstələrin heç bir şikayəti olmur. İlkin əlamətlər qeyri spesifik olur ki, xəstələr çox vaxt digər ixtisas həkimlərinə müraciət edirlər. Simptomların intensivliyi hepatitin səbəbindən, pataloji prosesin aktivlik və müddətindən asılı olur.

loading...

Hepatitin əsas simptomları aşağıdakılardır

Halsızlıq, tez yorulma

Dəri və sklerada olan sarılıq

Oynaq və əzələlərdə olan ağrılar

İştah pozğunluğu

Ürək bulanma, qusma, qarında olan ağırlıq hissi

Subfebril temperatur

Köp, ümmu narahatçılıq

Hepatitin səbəbi müxtəlif səbəblər ola bilər. Hepatitlər infeksion və qeyri infeksion olmaqla 2qrupa bölünür. İnfeksion hepatitlər içərisində əsas yeri virus hepatitlər tutsa da, bununla yanaşı digər infeksion hepatitlər var ki, onları da bakteriya və parazitlər törədir.

Qeyri infeksion hepatitlərin səbəbindən asılı olaraq aşağıdakı növləri var:

Alkoqol hepatiti: Uzun müddət periodik olaraq alkoqullu içkilər qəbul edən insanlarda olur. Uzun müddət alkoqolun təsirindən qaraciyərdə maddələr mübadiləsi pozulur, hepatositin zədələnməsi ilə nəticələnir

Qeyri-alkoqol steatohepatiti– bu adətən alkoqol hepatitinə oxşasada xəstəliyin səbəbi alkaqol deyil. Bu adətən maddələr mübadiləsinin pozulması nəticəsində baş verir. Ən çox piylənmə və şəkərli diabet xəstələrdə rast gəlinir.

Dərman mənşəli hepatit: Bəzi dərman maddələri vardır ki, onların uzun müddət və böyük dozada qəbulu zamanı qaraciyər hüceyrəsi zədələnir. Bu qrupa: antibiotiklər, vərəm əleyhinə dərmanlar , oral kontraseptivlər, psixiatrik dərmanlar, qıcolma əleyhinə olan preparatlar,antivirus dərmanlar aiddir

Toksik hepatit: bu adətən , fosforbirləşmələri zəhərli göbələklər,civə birləşmələri, benzol , fenol qurğuşun, müxtəlif kənd təsərrüfatlarında ziyanvericilərə qarşı istifadə olunan zəhərli dərmanlarla kontakt zamanı baş verir.

Autoimmun hepatit: Bu xəstəlik adətən irsi olur. Maddələr mübadiləsinin pozulması nəticəsində (müxtəlif ferment və aktiv maddələrin irsi catışmamazlığı) əmələ gələn bəzi maddələr qaraciyər və digər toxumalarda toparlanır və qaraciyər hüceyrəsinin zədələnməsinə səbəb olur.

Məsələn: hemoxromatoz xəstəliyində bağırsaqdan Fe sorulması pozulur orqan və toxumalarda Fe toparlanması baş verir. Vilson konolov xəstəliyində seruloplazmın fermentinin çatışmamazlığı nəticəsində Cu müxtəlif orqan toxumalarda toparlanır.

Reaktiv hepatit: Orqanizmdə müxtəlif orqanların xəstəliyi zamanı ( pankreatit, mədə

Dr. Tofiq Əkbərov

loading...

Bunuda oxu...