QAZANILMIŞ İMMUN ÇATIŞMAZLIQ SİNDROMU

QİÇSQazanılmış immun çatışmazlıq sindromu yeni meydana çıxmış, lakin buna baxmayaraq hal-hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabət elminin və şəhiyyənin, o cümlədən də bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır.

İmmun sistemin virus mənşəli infeksion xəstəliyi olan QİÇS immun sistemin tam depressiyasına, şərti-patogen (məsələn, pnevmosist pnevmoniya) infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnirlər. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.

Xəstəliyin nozologiya cəhətdən adı əslində HİV infeksiyadır (HİV – Human İmmunodeficiency Virus, yəni İİV – İnsan İmmunçatışmazlıq Virusu). QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir.

loading...

Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlanmış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Afirkadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılmışdır. Xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da homoseksualistlər arasında aşkar olunmuşdur.

QİÇS xəstəliyi öz inkişafında aşağıdakı mərhələləri keçir.

Latent dövr

Bir neçə həftədən bir neçə ilə qədər (hətta 15 il) ola bilər. Latent dövrün müddəti yoluxma zamanı orqanizmin immun siteminin vəziyyətindən , virusun konsentrasiyasından (miqdarından) və yoluxma mexanizmindən asılıdır. Latent dövrdə xəstənin qanında QİÇS viruslar və onlara qarşı yaranmış anti QİÇS-antitellər aşkar olunur. İlk dövrlərdə qanda kəskin şəkildə artan virusların miqdarı, təxminən 1,5-2 ay sonra antitellərin təsiri ilə azalır. Buna serokonverisya deyilir.

Generalizə olunmuş limfadenopatiya mərhələsi

Təxminən 3-5 il davam edən bu mərhələdə müxtəlif qrup limfa düyünləri bir neçə ay müddətində böyümüş olurlar. Xəstələrdə xroniki limfadenopatiya sindromu inkişaf edir. Belə limfa düyünlərinin mikroskopik müayinəsi zamanı onlarda B-zonanın qeyri-spesifik follikulyar hiperplaziyası aşkar olunur.

QİÇS-önü mərhələsi

Bir neçə il davam edir. Bu dövrdə artıq başlanmaqda olan immun çatışmazlıq fonunda xəstələrdə limfadenopatiya, qızdırma, diareya, tərləmə, ümumi əzginlik və zəiflik (asteno-vegetativ sindrom əlamətləri), arıqlama müşahidə olunur, tez-tez yuxarı tənəffüs yollarının virus infeksiyaları, piodermiyalar, dəmrov və s. patologiyalar meydana çıxır.

QİÇS mərhələsi

Təxminən 2 il davam edir. Bu mərhələdə immun sistemin tam iflici ilə əlaqədar qanda anti-QİÇS-antitellər demək olar ki, aşkar olunmur, QİÇS-virusların miqdarı isə əksinə kəskin şəkildə yüksəlir. Xəstələrdə tez-tez və ağır gedişə malik opportunist infeksiyalar, kaxeksiyalar, bəd xassəli şişlər baş verir.

QİÇS törədən virus necə təsir edir? Başqa viruslarla muqayisədə İİV insanın immun sistemini dağıdır, hansıkı bu sistem insanları “çağırılmamış qonaqlardan” qoruyur. İmmun sistemə təsir edərək onun müdafiə qabiliyətini sıfıra endirir.

Virus zülal örtüklə əhatə olunmuş 9 genin mikroskopik zəncirindən ibarətdir. İİV- un genomu insan genomundan təqribən 100 min dəfə kiçikdir. Zülal təbəqə özündə xüsusi reseptorlar saxlayir ki buda virusa imkan verir ki özündən qat- qat böyük insan hüceyrələrinə yapışsın.

Virus immun hüceyrəyə yapışır, öz zülal örtüyünü atır və içəri girir. Sonra virusun gen zənciri nüvəyə daxil olub hüceyrənin genetik aparatı ilə birləşib onun tərkib hissəsinə çevrilir. Bunda sonra o burden hüceyrəyə özünəbənzər viruslar yaratmaq haqqında əmr verir. Yeni yarananların təsirindən hüceyrə şişir, partlayır və viruslar xaric olub digər hüceyrələrə daxil oluralar.

Hərdən virus genlərihüceyrə nüvəsində sanki yatır (latent yaxud gizli dövr) və sonra bilinməyən səbəbdən aktivləşir. Virus hüceyrədə gizli olduğu dövrdə bele ona qarşı antitel yaradır. Lakin bu antitellər virusla mübarizə apara bilmir.

İnsanda immunçatışmazlığı virusunun ötürülmə yolları:

Cinsi;

Qanla (parental);

Anadan körpəyə.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...