QAZANILMIŞ İMMUN ÇATIŞMAZLIĞI SİNDROMU

QİÇS, Qazanılmış İmmun Çatışmazlığı Sindromu,  ötən əsrdə zühur etmiş, buna baxmayaraq hazırda bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabətin, həmçinin səhiyyənin, bütün bəşəriyyətin və dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır.

İmmun sisteminin virus mənşəli infeksion xəstəliyi  olan QİÇS insan orqanizminin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin  kəskin zəifləməsinə, bütün onkoloji  xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə  gətirib çıxarır ki, bütün bunlar da bir qayda olaraq ölümcül nəticələnir.

QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində vardır və böyük sürətlə artmaqda davam edir.

loading...

HİV nədir?

İnsanın immunçatışmazlığı virusu (İİV  yaxud  HİV ) – orqanizmi infeksiyadan qoruyan Tlimfositləri – hüceyrələri pozmaqla insanın immun sisteminə dağıdıcı təsir göstərir virusdur.

HİV infeksiyasına yoluxmaq və AİDS xəstəliyin tutulmaq – eyni şey deyil.  HİV infeksiyası termini o deməkdir ki, insanın qanında virusa qarşı anticisimlər aşkar olunur. Bu vəziyyətin həyatı təhlükə qarşısında qoymasına baxmayaraq bir çox HİV- yoluxanlar  illərlə xəstələnmirlər.

Lakin onlar digər insanlar üçün virus mənbəsi ola bilərlər. Vaxt keçdikcə virus orqanizmi digər xəstəliklər üçün daha  zəif etməklə onun immun sistemini dağıdır.

HİV-ə yoluxmuş insanlarda müdafiə, yəni immun, sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklər asanlıqla tutulurlar. Bu xəstəliklər ölümlə  nəticələnir.

Virus daşıyıcısı tamamil sağlam görün bilər. QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər. Müasir müalicə tam sağalma vermir və xəstəlik ölüm ilə nəticələnir.

AİDS diaqnozu infeksiyaya müqavimət göstərən hüceyrələrin səviyyəsinin 200-dən aşağı düşməsi dərəcəsində immun sisteminin zəif olduğu və pasiyentdə bir və ya bir neç opportunistik infeksiyaların inkişaf etdiyi zaman HİV- yoluxan insana qoyulur. Opportunistik  infeksiyalar zəif  immunitet fonunda inkişaf edən infeksiyadır. Onlar hətta öldürücü ola bilərlər.

Belə hesab edilir ki, hər il bu xəstəliyə yoluxmuş şəxslərin sayı iki dəfə artır. Bu qlobal problem cəmiyyətin bütün təbəqələrini əhatə edir və bütün dünya üzrə sosial-iqtisadi inkişafı sarsıdır.

Xəstəliyə yoluxmuş şəxs orta hesabla 5-10 il ərzind sağlam görünür və bəzi hallarda orqanizmdə bu  virusun kök salmasından heç özünündə xəbəri olmur.  QİÇS – ə yoluxan xəstələrdə əvvəlcə immun sistemi zəifləyir ki, bu da artıq orqanizmin müxtəlif yoluxucu və şiş xəstəliklərindən müdafiə imkanı tamamilə tükənir.

QİÇS özlüyündə bilavasitə ölüm səbəb olmur, lakin ölüm törədən digər  xəstəliklərin sürətli (ağ ciyər iltihabı, digər orqanların zədələnməsi, müxtəlif infeksiyalar, xərçəng və s.) inkişafına şərait yaradır.

Belə güman edilir ki, xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada özünü göstərməyə başlamış və yeni mutant virus yerli əhaliyə meymunlardan keçmişdir. Daha sonra xəstəlik Afrikadan Haiti adalarına, sonra is Amerika və Qərbi Avropaya yayılmışdır. Lakin bu xəstəlik ilk dəfə 1981-ci ildə ABŞ-da aşkar olunmuşdur.

QİÇS xəstəliyin yoluxma əsasən 3 yolla baş verir:

Cinsi əlaqə yolu ilə

Damardaxili inyeksiyalar yolu ilə -narkomanlar tərəfindən narkotik maddələrin damardaxili qəbulu zamanı;

Transplasentar yolla – xəstəliyin xəstə anadan bətndaxili dövrdə cift vasitəsilə dölə.

QİÇS simptomları:

çəkinin izah olunmayan itirilməsi

uzun müddətli ishal

səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi

boyunda və ya qoltuqaltı batıqlarda və zillərin böyüməsi və ağrı verməsi

bir aydan çox sürən öskürək

uzun müddətli subfebril (37) qızdırma

Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.

ilkaddımlar.com

loading...

Bunuda oxu...