QASTROSKOPİYA

Qastroskopiya qastroskopla mədənin və qida borusunun selikli qişasını müayinə metodudur. Qida borusunun və mədənin xəstəliklərində tətbiq edilir. Qastroskopiyanı həkim aparır, tibb bacısı isə xəstəni tutur və alətləri hazırlayır.

Qastroskop ayrı-ayrı hissələrdən: optik sistem, elektrik açarlarının dəstəkləri, elektrik qaytanı, hava vuran balon və işıq sistemindən ibarət elastik borudur. Lampadan işıq saldıqda mədə divarının şəkli prizma və optik sistemdən okulyara düşür, müayinəni okulyara axıb aparırlar. Qastroskopu sterilizə etmək lazım deyil: işlətməmişdən əvvəl və işlədəndən sonra onu spirtlə silir və qurulayırlar.

Qastroskopiyanı acqarına aparırlar. Xəstə sol böyrü üstə sol qıçını uzadıb yatır, sağ qıçını isə diz və çapaq-bud ynaqlarında qatlayır. Başının altına kiçik mütəkkə qoyulur. Kömək edən adam xəstənin dalında durub başını elə tutur ki, udlaqla qida borusu bir xətt üzərində olur.

loading...

Xəstə sakit uzanmalı, düzgün tənəffüs etməli, tüpürcəyini udmamalı və danışmamalıdır. Yumşaq damağı, dili, qövsləri, udlağı, qida borusunun girəcəyini və onun başlanqıc hissəsini dikain məhlulu ilə sildikdən sonra mədənin möhtəviyyatını çıxarmaq üçün zond salırlar. Xəstə proseduradan sopra 2 saat dincəlir və yemək yemir.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...