QARINDA QURULTULARIN SƏBƏBİ

Hər bir insanda bağırsaqda müəyyən miqdarda qazlar əmələ gəlir. Bəzən əmələ gələn qazların miqdarı normadan artıq olur ki, bu da insanda qurultuköp yaradır.

Buna səbəb xəstəliklər də ola bilər, elementar səbəblər də. Məsələn, mədə-bağırsaq xəstəlikləri, qaraciyər-öd kisəsinə bağlı problemlər və s. Elementar səbəblər dedikdə isə, bura aiddir:

Yeməyi sürətli yemək (yaxşı çeynəməmək), yemək yeyərkən danışmaq və s.). Çünki bu zaman insan çoxlu hava udur ki, bu da köp yaradır.

loading...

Bəzi qidaların qəbulu da qazın yaranmasına səbəb ola bilər: Sitrus meyvələri, paxlalı bitkilər, ağ cörəyi çox yemək və s…

Bəzən nevroloji səbəblər də etioloji amil rolunu oynaya bilir. Məsələn, stress zamanı insanda mədə-bağırsağın boşalması ləngiyir ki, bu da qurultu və köpə səbəb olur.

Dr. Türkan Alyarova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...