QARIN AĞRISI

Qarın ağrısıQarın ağrısı miqren və diş ağrısı ilə yanaşı ən yayılmış problemlərdən biridir. Qarın ağrısı bir çox xəstəliklərin əlaməti olar və sağlamlıqla bağlı ciddi problemlərin olduğundan xəbər verə bilər.

Qarının aşağısıda ağrı, göbəyin ətrafında yaxud qarının yuxarısında göbəyə tərəf hərəkət edən ağrı appendisitdən xəbər verə bilər.

Qarının yuxarısında güclü ağrı, hansıki kürəyə, çiyinlərə vurur və qusma, ürəkbulanması ilə keçir pankreatitin əlaməti ola bilər.

loading...

Yeməkdən sonra mədədə ağırlıq hissi və qusma istəyi qastritin əlaməidir.

Güclü qarın ağrısı, hansıki belə təsir edir, yüksək hərarət böyrəklərin iltihabından xəbər verir. Bu zaman təcili tibbi yardım gərəkdir.

Belə və aralığa təsir edən, tez tez sidiyə çıxmağa səbəb olan iti ağrı böyrəklərdən daşın düşməsinin əlamətidir.

Aclıq zamanı qarın ağrısı yemək yedikdən sonra kəsirsə və mədə qıcqırmasına səbəb olub, ağızda xoşagəlməz dad yaradırsa, meteorizmə səbəb olursa mədə-bağırsaq traktının xora xəstəliyinin əlamətidir.

Qarının yuxarısında yaxud sağ tərəfdə qabırğaların altında iti ağrı, hansıki çiyinlərə verir, qusma istəyi yaradır, ağızda pis dada səbəb olur və iştahanı azaldır öd iltihabı səbəbindən baş verə bilər.

Meteorizm yaxud qarının köpməsi bağırsaqda qazların yığılması nəticəsində baş verir. Bu qidanın həzm edilməməsi yaxud qıcıqlanmış bağırsaq sindromuna görə baş verə bilər.

Qarın ağrısının digər səbəbi bağırsaq qripi ola bilər. Bağırsaq qripi virus yaxud bakteriya nəticəsində yaranır. O həzm sisteminə yeməklə düşür.

Qarın ağrısı və əlaqəli əlamətlər ümumilikdə 3 ay davam edirsə qıcıqlanmış bağırsaq sindromu mümkün diaqnozdur. Bu xəstəlik tək qidalanma yox, psixoloji vəziyyətlədə əlaqəlidir. Əlamətləri – qarının altında ağrı, meteorizm, diareyya yaxud qəbizlik, köp.

Qarın ağrısının digər səbəbləri sidik yolunun infeksiyaları ola bilər.

loading...

Bunuda oxu...