QARACİYƏRİN BƏRPASI ÜÇÜN 8 MƏHSUL

Qaraciyər ölçülərinə görə ikinci böyük orqandır. Qaraciyər orqanizmə lazım olan qida maddələrinin anbarı rolunu oynayır. Həmçinin bu orqan həzmə, maddələr mübadiləsinə və immunitetə kömək edir. Bundan əlavə qaraciyər qanda olan zərərli maddələri filtrasiya edir.

Qaraciyərin sağlam və uzunömürlü olması üçün növbəti qida məhsullarının rasiona əlavə olunması vacibdir.

Qreyfrut

loading...

Qreyfrut C vitamini mənbəyidir. Bu meyvə kanseroqenlərin və digər toksinlərin deaktivasiyasında kömək edir.

Sarımsaq

Sarımsaq zəhərli maddələrin orqanizmdən çıxmasına kömək edən fermentlərin istehsalını aktivləşdirir. Sarımsağın tərkibində qaraciyərin təmizlənməsinə səbəb olan bir çox təbii birləşmələr var.

Yaşıl yarpaqlı tərəvəzlər

Bütün tərəvəzlər sağlamlıq üçün faydalıdır. Salatın və şpinatın yaşıl yarpaqları orqanizmdə olan dəmir, pestisid və digər zərərli ximikatları neytralizə etməyə kömək edir.

Çuğundur

Çuğundurun tərkibində olan təbii flavonoidlər qaraciyərin ümumi funksiyasını yaxşılaşdırır.

Avokado

Tərkibinə güclü antioksidant, qlutation var. Bu qida məhsulu qaraciyərə toksinlərin filtrasiyası zamanı faydalıdır.

Yaşıl çay

Tərkibində olan antioksidantların sayəsində qaraciyərə faydalıdır.

Limon

Tək limon yox, həmçinin tərkibində C vitamini olan bütün sitruslar, həzmə və orqanizmdən toksinlərin xaric edilməsinə kömək edir.

Qoz

Tərkibindəki omeqa-3 yağ turşuları və qlutation sayəsində qoz qaraciərin təmizlənməsində çox faydalıdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...