QARACİYƏR SİRROZU

SirrozSirroz qaraciyərin çapıqlaşmasını təsvir edən bir anlayışdır. Sirroz zamanı qaraciyərin normal fəaliyyətini təmin edən hüceyrələrin miqdarı azalır və onların yerini çapıq toxuması tutur. Sirrozun illkin mərhələlərində qaraciyər öz normal funksiyasını yerinə yetirir.

Amma sirrotik dəyişikliklər artdıqca qaraciyər orqanizm üçün həyati vaciblik daşıyan funksiyalarının həyata keçirə bilmir. Hətta sirrotik qaraciyərdə bədxassəli törəmə inkişaf edə bilir.

Qaraciyər bədəndə olan zərərli maddələrin parçalanması və xaric edilməsi, glycogen adlanan maddənin toplanması və lazım gəldikdə onu glükozaya parçalayaraq bədənin energetik ehtiyaclarının ödənilməsi, qida vasitəsilə daxil olmuş yağ vəzülalların həzm edilməsi, qanın laxtalanması üçün vacib olan zülalların sintezi, dərman maddələrinin parçalanması, bağırsaqlarda yağların parçalanması üçün vacib olan ödün yaradılaraq 12 barmaq bağırsağa ötürülməsi kimi vacib funksiyaları həyata keçirir.

loading...

Qaraciyər insan orqanları içərisində ən güclü regenerasiya – özünü bərpa qabiliyyətini malik olan orqandır. Hər bir zədə zamanı qaraciyər toxuması onu tezliklə aradan qaldıra və məhv olmuş hepatositləri tezliklə yeniləri ilə əvəzləyə bilir.

Sirroz qaraciyərdə zədələnmə (çapıqlaşma) müəyyən həddə çatana qədər heç bir əlamət olmadan keçir. Sirroz zamanı aşağıdakı əlamətlər qeyd edilə bilər:

Yorğunluq, ümumi zəiflik

Tez-tez və asan qanaxma halları

Bədən səthində asanlıqla yaranan qançırlar

Qarında mayenin toplanması

İştahasızlıq

Ürəkbulanma

Ayaqda şişkinlik

Çəkinin azalması

Sirroz qaraciyərdə uzun müddət davam edən və fərqli səbəblər üzündən qaynaqlanan xroniki iltihab proses nəticəsində formalaşır. Qaraciyər hər zədələnmə (iltihab) epizodunda özünü bərpa etməyə çalışır və nəticədə öz parenximasında çapıq toxumasının formalaşmasına səbəb olur. Zaman keçdikcə qaraciyər öz normal funksiyasını yerinə yetirməyə çətinlik çəkir.

Qaraciyərdə sirrotik dəyişikliklər dərinləşdikcə o artıq öz normal funksiyasınıyerinə yetirə bilmir və yuxarıda sadalanan əlamətlərin meydana çıxmasına səbəb olur. Elə bir zaman gəlir ki, qaraciyər öz fəaliyyətini tam itirir və bu zaman yeganə ümid qaraciyər köçürməsinə qalır. Ancaq qaraciyərin bu hala gəlib çatmasına qədər bir qayda olaraq uzun zaman keçir və xəstə öz qaraciyərində gedən prosesi ləngitmək və ya tam dayandırmaq imkanlarına malik olur.

Qaraciyərdə xroniki zədələnməni (iltihabı) yaradan aşağıdakıs əbəbləri qeyd etmək olar:

Xroniki spirtli içki qəbulu

Hepatit B

Hepatit C

Kistalı fibroz

Öd yollarının destruksiyası (ibtidai bilar sirroz)

Qaraciyərdə yaşın toplanması (qeyri-alkoqol mənşəli piyli qaraciyər xəstəliyi)

Öd yollarının çapıqlaşması və daralması (birincili sklerozlaşdıran xolangit)

Süddə olan şəkərin həzm edilə bilməməsi (qalaktozemya)

Bədəndə dəmirin toplanması (hematoxromatoziz)

Orqanizmin immun sistemi tərəfindən yaranan qaraciyər xəstəliyi (avtoimmun hepatit)

İnkişaf etməkdə olan ölkələrdə bəzi parazitlər (schistosomiasis)

Yenidoğulmuşlarda öd yollarının qeyri-kafi formalaşması (Biliar atrezia)

Enerji ehtiyatının toplanması və lazım gəldikdə paylanması funksiyasının pozulması (Qlikogen topanması xəstəliyi)

Qaraciyərdə misin toplanması (Wilson xəstəliyi)

loading...

Bunuda oxu...