QARA ÇAYIN FAYDALARI

Arıqlamaq üçün çaylarQara çay məhdud miqdarda kömək edir. Həzmi yaxşılaşdırır, sakitləşdirici təsirə malikdir, eyni zamanda sinir sisteminə faydalı təsir göstərir. Aterosklerozun inkişafının qarşısını alır, qan təzyiqini normallaşdırır, immuniteti artırır, toksinləri aradan qaldırır, böyrəklərin işini yaxşılaşdırır.

Lakin normada çay içmək lazımdır, çaydan həddindən artıq içmək olmaz. Gündə 3-4 stəkandan çox çay içməyin.

Çox miqdarda qəbul etdikdəsinir sistemini oyada, yuxusuzluğa səbəb ola bilər.

loading...

Çay, bədəndən maqneziumu çıxarır. .

Bunları etmək olmaz:

Köhnə dəmlənmiş çay içmək olmaz

Dərmanı çayla içmək; dərmanı yalnız su ilə içmək lazımdır

Yeməkdən dərhal sonra çay içmək, qida yaxşı həzm olunmur

Qaynar çay içmək, bu mədə və mədə borusu xəstəliklərinə səbəb ola bilər. Keyfiyyətli çay almağa çalışın. Əgər çay tökdüyünüz qablar çox qaralırsa, bu çayın tərkibində çoxlu boyaların olduğunu göstərir.

Paket çayların da heç bir faydası yoxdur. Ən əsası çay içmək üçün oturduğunuzda əsas tövsiyə şirniyyat miqdarını əvvəlcədən məhdudlaşdırmaqdır. Bəzən insan nəzarətdən çıxır və bu artıq çəkiyə qatqı təmin edir. Çayı sevin, amma keyfiyyətcə sevin, kəmiyyətcə deyil.

Cərrah-proktoloq Natavan Xanlarova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...