QANIN ÜMUMİ ANALİZİ

Çox tez-tez pasientlərdən eşidirəm – doktor, istəyirəm gəlim qanın ümumi analizini verəm. Deyirlər ki, o bütün dəyişiklikləri göstərə bilir. Hər dəfə bu sözü eşidəndə, kaş ki elə olaydı deyə düşünürəm. Nə yaxşı olardı, həkimlərin də işi qat-qat yüngülləşərdi. Heyhat, hələ tibb elim belə bir müayinə üsulu kəşf etməyib.

Bəs onda qanın ümumi analizi deyilən test nəyə lazımdır? Doktorlar niyə bu müayinəni keçməyi xəstəyə məsləhət görür?

Adından məlum oldugu kimi, bu test damarlarda axan qanı müayinə edən testdir. Yəni ki, qanı təşkil edən formalı elementləri qanda olan hemoqlobinin miqdarını, plazmanın həcmini, leykosit adlandırdığımız hüceyrələr cəmini, onların növlərini təyin edir.

loading...

Demək istədiyim budur ki, əgər qanın daxili quruluşunu öyrənmək istəyiriksə, ilk növbədə məhz bu müayinədən başlamaq lazım. Amma digər orqan və sistemlərin fəaliyyəti haqda bu test məlumat verməyəcək, yalnız həkimi həmin istiqamətə yönəldə biləcək. Bu səbəbdən, əgər qara ciyərinizin fəaliyəti sizi düşündürürsə, QÜM ikinci dərəcəli əhəmiyyətə malik olan müayinlərdən hesab olunacaq.

Mövzunu oxuyan həkimlərin bir qismi, mənlə razılaşmaya da bilər, əlbəttə, lakin hal hazırki yazı, pasientlər üçün olan məlumatlar silsiləsinə aiddir.

Dr. Aqil Axundov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...