QANIN TƏRKİBİ VƏ MİQDARI

QanQan maye toxuma olub plazma və formalı elementlərdən ibarətdir.

Qan orqanizmin normal funksiyasını təmin edən sistemdir. Qan, sümük iliyi, qaraciyər, dalaq və limfa düyünləri qan sisteminə daxildir. Orqanizmin daxili mühitini qan, limfa, toxumaarası maye təşkil edir.

Göz almasının daxilində olan maye, onurğa beyini mayesi, sinovial maye də və s. buraya aiddir. Qan və toxumalar arasındakı humoral əlaqəni qan və limfa təşkil edir.

loading...

Qanın rənginin qırmızı olması eritrositlərdəki hemoqlobinin hesabına baş verir. Qan qapalı damar sistemində hərəkət edir .

Qanın 55-60%-i plazmadan və 40-45%-i formalı elementlərdən ibarətdir. Böyük insanların bədənində 4,5-6 litr qan olur ki, bu da bədən cəkisinin orta hesabla 6-8%-ni təşkil edir. Periferik qan damarlarında qanın miqdarı nisbətən az olub, 3-4 litrə bərabərdir.

Orqanizmdə qanın təxminən 40-50%-i qan depolarında, yəni, dalaq, qaraciyər, dərialtı damar kələfi, və ağciyərlərdə olur ki, burada da qan zəif dövr edir. Qanaxma zamanı orqanizmdə qanın 1/3 hissəsi itərsə ölüm baş verir. İnsanlarda qanın reaksiyası zəif qələvidir.

Qanda həll olunmuş mineral duzlar osmotik təzyiqi əmələ gətirir. Qanda osmotik təzyiq çox olan məhlul hipertonik, az olan məhlul isə hipotonik məhlul adlanır. Qanla hüceyrələr arasındakı maddələr mübadiləsində osmotik təziqin rolu böyükdür.

Zülalların yaratdığı osmotik təzyiq onkotik təzyiq adlanır. Qan plazmasında zülallar müxtəlif funksiyalar yerinə yetirir. Onkotik təzyiq qan ilə toxumalar arasında su mübadiləsini tənzimləyir, qanın pH-nı sabitləşdirir, arterial təzyiq ücün mühüm rol oynayan qan plazmasının yapışqanlığını təmin edir.

Qanın formalı elementlərinə eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri), trombositlər ( qan lövhəcikləri ) aiddir .

Eritrositlərin funksiyası oksigen və karbon qazın nəql etmək, leykositlər orqanizmin müdafiə  qabiliyyətini təmin edir, trombositlər isə qanın laxtalanmasında böyük rol oynayır.

Eritrositlər. İnsanlarda eritrositlər iki tərəfdən basıq olub, nüvəsizdir. Kişilərdə 1 mm3 qanda 5 milyon, qadınlarda isə 4,5 milyon eritrosit olur. Eritrositlərin diametri təxminən 7,4 mkm, qalınlığı isə 2,3 mkm olur.

Eritrositlər qırmızı sümük iliyində yaranır, yetişir və qana keçərək təxminən 126 gün yaşadıqdan sonra dalaq və qaraciyərdə parçalanır. Eritrositlərin quru hissəsinin 90%-i hemoqlobin, 10%-i isə zülallardan, lipidlərdən, qlükozadan, mineral duzlardan təşkil olunmuşdu.

Qanın tənəffüs funksiyasını hemoqlobin yerinə yetirir ki, bu da 0,1 molekul qlobulin, 4 molekul hemindən ibarətdir .

Sağlam kişilərin hər kub mm qanında 14,5-15%, qadınlarda isə 12-14% hemoqlobin olur.

Hemoqlobinin parçalanması nəticəsində bilirubinə cevrilir və ödün tərkibində öd kisəsindən onikibarmaq bağırsağa daxil olur. Gün ərzində qanda olan hemoqlobinin 1%-i (8 q) parçalanır və nəticədə öd piqmentinə çevrilir.

İnsanın orqanlar sistemi və xəstəlikləri, i. A. Axundov, “MVS nəşr”, Bakı – 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...