QANIN BİOKİMYƏVİ ANALİZİ

Qanın biokimyəvi analizi daxili orqanların (qara ciyər, mədəaltı vəz, öd kisəsi, böyrəklər və s.) iş fəaliyyətini qiymətləndirən laborator analizlər cəmidir. Qanın biokimyəvi analizləri metabolizm haqqında, yəni, zülal, karbohidrat və lipid mübadiləsi haqqında fikri söyləməyə imkan verir.

Qanın biokimyəvi analizi demək olarki bütün xəstəliklərin təyini üçün vacibdir, buna görə də bu testlər 1-ci növbədə təyin edilir.

Qanın geniş biokimyəvi analizinin keçirilməsi sağlamlığın ümumi vəziyətini dəyərləndirilməsi üçün profilaktik məqsədlə və ya xəstəliklərin erkən diaqnostikası üçün məsləhət görülür. Bu analizlərə aiddir: qlükoza, kreatinin, kalsium, lipid spektri, ümumi zülal, albumin, natrium kalium, ALT, AST və s.

loading...

Biokimyəvi analiz nəticələrin interpretasiyası ixtisas həkimi tərəfindən laborator normalara və ona müvafiq aşkarlanan göstəriciyə əsasən edilir. Nəticə müstəqil şəkildə interpretasiya edilməsi sağlamlığın vəziyyəti haqqında çox səthi məlumat verir. Bu isə öz növbəsində yanlış diaqnostikaya və müalicəyə səbəb olur.

Nəticələrin interpretasiyası zamanı tək cins və yaş göstəricilərini yox, keçirilmiş xəstəliklər, qanın tərkibinə təsir edən dərman preparatların qəbulu da nəzərə almaq lazımdır. Bir çox göstəricilər həm fizioloji, həm patoloji müxtəlif proseslərin mövcud olmasına işarə edir və qanın tərkibinin dəyişməsinin səbəbini ancaq ixtisas həkimi düzgün interpretasiya edə bilər.

loading...

Bunuda oxu...