QANÇIR

QANÇIRQançır zədə nəticəsində bir müddətdən, bəzən bir neçə dəqiqədən, sonra bədənin müəyyən hissəsinin düşdüyü haldır.

Əvvəlcə tünd-qırmızı rəng alır, get-gedə qırmızı rəng göy rəngə, sonra yaşıla çalan, nəhayət sarı rəngdə olur, bundan sonra sorulub keçir.

Rəngin dəyişgənliyi zədəni vaxtında müəyyən etməyə kömək edir, bu da tibbi yardımın göstərilməsini yüngülləşdirir.

loading...

Qançır zədələnmədən bir neçə müddət keçəndən sonra yaranarsa bu dərin toxumaların zədələndiyini, sümüyün sındığını, çatladığını, sümük iliyinin zədələndiyini bildirir.

Bəi hallarda qançır həyat üçün təhlükə törədir. Belə ki, başın zədələnməsi nəticəsində göz qapaqlarında qançırırn olması kəllə sümüyünün sınmasını göstərir, bu da xəstənin təcili xəstəxanaya aparılmasını tələb edir.

Kütləvi tibb ensiklopediyası

loading...

Bunlarıda bəyənə bilərsiniz ...