QANBURAXMA

QanburaxmaQanburaxma venadan qan götürməklə aparılan müalicə metodudur. Ağciyərlərin ödemində, hipertoniya krizində tətbiq edilir.

Qanburaxmanı venepunksiya və veneseksiya üsulu ilə aparmaq olar. Venepunksiya daha çox yayılmışdır. Qanburaxmaya əks-göstəriş qanazlığı və kəskin dərəcəli hipotoniyadır.

Xəstəni bu əməliyyata psixoloji cəhətdən hazırlamağın böyük əhəmiyyəti var. Ona izah edilməlidir ki, bu, zərərsiz əməliyyatdır və labüddür. Xəstə qanın necə buraxıldığını özü  görməməlidir. Xəstəxana şəraitində qanburaxmanı əməliyyat-sarğı otağında, yaxud prosedura kabinetində aparırlar. Xəstəni yerindən tərpətmək mümkün deyilsə, qanburaxmanı palatada aparırlar. Adətən 300-500 ml. qan götürülür. Qan götürmək üçün dirsək venaları daha münasibdir. Lazım gəldikdə əlin xırda venalarından da qan götürmək olar.

loading...

Qan buraxmaq üçün dördüzlü muftası və ucluğu olan iri iynə götürür və rezin borucuğu bu ucluğa taxırlar. Proseduradan qabaq iynəni və borucuğu steril 5%-li natrium-sitrat məhlulu ilə yuyurlar (məhlul qanı laxdalanmağa qoymur). İynəni batırmamışdan 1-3 dəqiqə əvvəl bazunu dirsək büküşündən 5 sm yuxarıda rezin turna ilə bərk bağlayırlar (qanı venadan geri axmağa qoymamaq üçün).

Turnanın düzgün qoyulub-qoyulmamasını nəbzə görə yoxlayırlar: arteriyalar sıxılmayıbsa bilək arteriyasında nəbz yaxşı bilinir. Venaların yaxşı şişməsi üçün xəstəyə əlini bir neçə dəfə açıb yumdururlar. Qan götürdükdən sonra dirsək büküşü nahiyəsini spirtlə silir, üstünə steril pambıq tampon qoyur və xəstəyə dirsəyini qatlamağı təklif edirlər. Venadan gələn qan kəsmirsə, basıcı sarğı qoyurlar.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...