QANAXMALAR ZAMANI İLK TİBBİ YARDIM

Qanaxma zamanı tibbi yardımHər güclü qanaxma zamanı əsas təhlükə orqanizm daxilində qanın kəskin azalması nəticəsində ürək fəaliyyətinin pisləşməsindən ibarətdir. Bu bütün həyati vacib orqanların oksigen çatışmazlığından zərər çəkməsinə səbəb olur.

Belə olduqda huşun itirilməsi də mümkündür. Qanaxma zamanı birinci növbədə yaradan hansı qanın axdığını müəyyən etmək lazımdır.

Üç cür qanaxmalar olur: Kapilyar qanaxmalar, Venoz qanaxmalar və Arterial qanaxmalar. Sonuncusu ən təhlükəli qanaxmadır, arterial qanaxma zamanı fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və bədən az bir zamanda çoxlu qan itirir. Bu zaman qanaxmanı saxlamaq üçün dərhal tədbirlər görülməlidir.

loading...

Turna və ya digər mümkün vasitələrdən, məsələn ip, rezin, parça, bel kəməri və s. istifadə etməklə zədə nahiyəsindən yuxarıda iri magistral damarları sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Əl altında heç nə olmadıqda magistral damarı barmaqla sümüyə doğru sıxmaq gərəkdir.

Turnanın qoyulduğu vaxt qeyd edilməlidir. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəliyə sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda qanqrena baş verə bilər.

Venoz qanaxma zamanı tünd albalı rəngdə qan asta axınla fasiləsiz şəkildə xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar.

Kapilyar qanaxma zamanı adi sarğı qoyduqda qanaxma dayanır. Bütün hallarda sarğının üstündən buz qovuğu qoymaq ağrını azaltmağa və qanaxmanı dayandırmağa kömək edir. Burun qanaxması zamanı burnun içərisinə hidrogen peroksid məhlulu ilə isladılmış pambıq və ya bint yerləşdirmək, burun pərlərini bir-birinə sıxmaq, burnun üzərinə buz qoymaq lazımdır.

Ağ ciyərlərdən qanaxma olarsa (bu zaman köpüklü al qırmızı qan gəlir) zərərçəkənə yarımoturaq vəziyyət vermək, döş qəfəsi üzərinə buz döşəmək, öskürəyi azaldan dərmanlar vermək lazımdır.

Qanlı qusma olarsa (bu zaman qusuntu qəhvə çöküntüsünə oxşayır) xəstəyə tam sakitlik verilməli, qarnının üstünə buz qoyulmalı, yeməyə və maye qəbuluna icazə verilməməlidir.

wikipedia.org

loading...

Bunuda oxu...