QANAXMA

Qanın damarlardan və ya ürək  boşluqlarından kənara çıxmasına qanaxma yaxud hemorragiya deyilir. Qanın damarlardan çıxaraq hara axmasından asılı  olaraq qanaxmaların 2 növü ayırd edilir.

Qanın ətraf mühitə çıxmasına xarici qanaxma, bədən  boşluqlarından və ya damarətrafı yumşaq toxumalara toplanmasına daxili qanaxma  deyilir. Hansı qanın axmasından asılı olaraq qanaxmaların arterial və venoz növləri ayırd olunur. Hansı damardan axmasına görə qanaxmaların aşağıdakı  növləri vardır: ürək, aortal, arterial, venoz və kapilyar qanaxmalar.

Axan qanın toxumalarda toplanıb qalmasına qansızma deyilir. Toxumalara keçən qan toxuma elementlərini kənara sıxışdıraraq toxuma tamlığını pozarsa, bununla da boşluq əmələ gətirərək bu boşluqda sərbəst şəkildə yerləşərsə buna – hematoma deyilir. Yox əgər toxuma elementləri yerində qalarsa, axan qan toxumaya hoparsa, buna-hemorragik infiltrasiya deyilir.

loading...

Qanın damardan kənara çıxma mexanizmindən, yəni qanaxmanın mexanizmindən asılı olaraq qanaxmaların 3 növü ayırd edilir: Rektik qanaxma. Müxtəlif mexaniki amillərin təsirindən baş vermiş travmalar zamanı damar divarının və ya ürəyin divarlarının tamlığının pozulması nəticəsində baş verən qanaxmalara deyilir.

Rektik qanaxmalara həmçinin, miokardın transmural infarktı və ya ürəyin xroniki anevrizması zamanı ürək divarının cırılması, o cümlədən də aortanın və ya digər damarların anevrizmalarının cırılması, aortanın müxtəlif patoloji proseslərlə əlaqədar cırılmaları da aiddir.

Rektik qanaxmalar birincili və ikincili olur. Birincili rektik qanaxma yaralanma zamanı, ikincili isə yaralanmadan müəyyən müddət keçdikdən sonra yaranın irinləməsi nəticəsində damar divarındakı defekti tutmuş trombun əriməsi ilə əlaqədar baş verir.

Diabrozin qanaxma. Damar divarının bəzi patoloji proseslər zamanı aşılanaraq arroziyaya uğraması nəticəsində baş  verir. Məsələn, mədənin xroniki xora xəstəliyi və ya mədə xərçəngi zamanı damar divarının yeyilib dağılması və mədə qanaxmasının baş verməsi, ağciyərdə vərəm xəstəliyi zamanı kazeoz nekrozun təsirindən damar divarının nekrozlaşması və bu səbəbdən qanhayxırma.

İrinli iltihablar zamanı iltihab ocağındakı damarların proteolitik fermentlərin təsirindən yeyilib dağılması, uşaqlıqdan kənar hamiləlik zamanı xorion xovlarının boru divarına inkişaf etməsi nəticəsində divarın və onun damarlarının yeyilib aşılanması.

Diapedez qanaxma. Damar divarının keçiriciliyinin yüksəlməsi nəticəsində eritrositlərin damar mənfəzindən kənara çıxmasına diapedez qanaxma deyilir. Diapedez qanaxma əsas etibarilə kiçik kalibrli mikrosirkulyator damarlarda, xüsusilə də kapilyarlarda baş verir. Diapedez qanaxmalar nəticəsində çox vaxt kiçik nöqtəvari petexial qansızmalar meydana çıxır.

Diapedez qanaxmaların əsas səbəbi angionevrotik pozğunluqlar, kimyəvi və bioloji mənşəli intoksikasiyalar, avitaminozlar, durğunluqlar, patogen amillərin təsirindən toxuma hipoksiyası və s. səbəblərdən damar divarında normal histokimyanın pozulması və bununla da damar keçiriciliyinin yüksəlməsidir.

Ona görə də diapedez qansızmalara  ən çox ürəyin kəskin və xroniki işemik xəstəlikləri, vaskulitlər, zəhərlənmələr, şoklar, baş beyin zədələnmələri, infeksion xəstəliklər və s. patologiyalar zamanı rast gəlinir.

Qanaxmaların klinik və tanatogenetik əhəmiyyəti onları törədən səbəbdən, qanaxmanın növündən, lokalizasiyasından, itirilən qanın miqdarından və qanitirmənin tezliyindən asılıdır.

loading...

Bunuda oxu...