QAN XƏRÇƏNGİ

Qan xərçəngi, yaxud tibbi dildə, hemoblastoz, qan hüceyrələrindən yaranan, toxuma və orqan sistemini zədələyən şiş qrupudur. Qan xərçəngi tək bir xəstəlik deyil. Bu qrupa leykoz (şiş hüceyrələrinin onurğa beynini zədələməsi), hematosarkoma (şiş hüceyrələrinin onurğa beyninin xaricində olan orqanları zədələməsi) və linfositoma aiddir.

Leykoz, qan xərçəngi kimi, tək bir xəstəlik deyil. Leykozun bütün növləri eyni xarakterlidir: müəyyən tipli qan hüceyrələrinin bədxassəli hüceyrələrə transformasiyası. Bu zaman xərçəng hüceyrələri sürətlə artır, onurğa beynini və qanın normal hüceyrələrinin yerini tutur.

Qan xərçənginin səbəbləri:
– radiasiya
– genetik, irsi faktorlar
– virusun hüceyrələrə təsiri
– stress
– müxtəlif maddə və preparatların təsiri
– orqanizmin immunodefisit halı

loading...

Qan xərçənginin ilkin əlamətləri halsızlıq, yorğunluq, ürəkbulanma, qusma, damaq qanaxması, temperaturun yüksəlməsi və sümüklərdə ağrıdır. Nəticəsi kimi limfa düyünləri, qaraciyər və dalağ böyüyür, bəzən hemorragik səpgilər olur. Müəyyən hallarda xəstəlik pnevmoniya yaxud anginaya bənzəyir, belə hallar kəskin leykoza xasdır.

Qan xərçənginin müalicəsi zamanı, yaranma səbəbindən asılı olaraq, şüadan, kimyəvi terapiyadan, hormonal müalicədən, ümumi gücləndirici və virusəleyhinə preparatlardan istifadə olunur. Erkən diaqnostika və gərəkli müalicə sağalma şansını artırır.

loading...

Bunuda oxu...