QAN VƏ LİMFA

Canlı orqanizmin hüceyrələri bioloji mayelərlə əhatə olunur. Bioloji mayelərə qan, limfa və toxuma şirəsi aiddir.

Qan damarlarında fasiləsiz olaraq dövr edən qan bütün üzv və toxumaların hüceyrələri ilə mütəhərrik mübadilə vəziyyətində olur.

Bunun sayəsində qan orqanizmin hüceyrələrinə su və qidalandırıcı maddələr : qlükoza , aminturşular polipeptidlər , yağlar və yağların parçalanma məhsullarını, vitaminlər , qeyri – üzvi birləşmələr daşıyır. Maddələr mübadiləsinin lazımsız məhsulları isə (amonyak, sidik cövhəri, sidik turşusu ) toxumalardan qan vasitısilə aparılır.

loading...

Qanın tərkibini tədqiq etməklə orqanizmdə və onun müxtəlif üzvlərində baş verən proseslər haqqında məlumat əldə etmək olar. Bununla əlaqədar olaraq qanın tərkibinin tədqiq edilməsi həkimlərə xəstəlik hallarını vaxtında aşkara çıxarmaq və səmərəli müalicə üsulları hazırlamaq imkanı yaradır.

Qan maye hissədən (plazma) və formalı elementlərdən (eritrositlər, leykositlər, trombositlər) ibarətdir. Bəzi müəlliflərin aldıqları nəticələrə görə , damarlarda dövr edən qanın çəkisi, insanın bədəninin ümumu çəkisinin 1/13 hissəsinə bəranərdir. Qanın həcmini təyin etmək üçün işlədilən müasir tədqiqat üsulları orqanizmin ümumi çəkisi ilə onda olan qanın həcmi arasındakı münasibəti daha dəqiq müəyyənləşdirməyə imkan verir.

Qanın kimyəvi tərkibi – Orqanizmin üzv və toxumalarından qana fasiləsiz olaraq turş və qələvi xassəli mübadilə məhsulları keçir. Lakin, bununla birlikdə normal halda qanın nisbi sabitliyi mühafizə olunur. Qanın tərkibinə daxil olan maddələrin miqdarı müəyyən hüdud daxilində dəyişə bilər. Bu dəyişikliklər orqanizmin fərdi xüsusiyyətlərindən və maddələr mübadiləsinin vəziyyətindən asılıdır.

Adətən, qida qəbulundan sonra ərzaq məhsulunun növündən asılı olaraq, qanın kimyəvi tərkibinin bu və ya digər göstəricisi yüksəlir , lakin fizioloji cəhətdən normal hesab edilən göstəricilərin yuxarı hüdudunu keçmir. Qanən tərkibində olan suyun miqdarı, başqa maddələrə əsasən gün ərzində daha çox dəyişikliyə uğrayır , bu xüsusilə ilin fəslindən asılıdır.

Yay aylarında qanda suyun miqdarı daha tez – tez dəyişir. Suyun miqdarının dəyişməsi qanən və plazmanın tərkibində olan başqa maddələrin də qatılıq səviyyəsinə təsir göstərir. Buna görə də, qanı analiz etdikdə onun haqqında daha dəqiq məlumat almaq üçün hemotokrit ədədini və bəzi hallarda quru qalığın miqdarını müəyyənləşdirmək lazımdır.

Qan plazmasının kimyəvi tərkibi . Üzv və toxumalarda baş verən bütün kimyəvi çevrilmələr qan plazmasının tərkibində öz əksini tapır. Buna görə də, təcrübədə qan plazmasının kimyəvi göstəricilərinin təyinatından geniş istifadə edilir. Bəzi hallarda isə daha yaxşı nəticə almaq məqsədi ilə qan zərdabı tədqiq olunur.

Laxtlanmış qanın maye hissəsinin tərkibində fibrinogen olmur. Belə maye qan zərdabı adlanır. Qan plazmasının ümumi miqdarının 90 – 92 % – ni su təşkil edir. 100 ml plazmanı kondensasiya etdikdə 8-10 q quru qalıq alınır. Bu qədər plazmanın quru hissəsini yandırdıqda isə 1 qrama qədər kül əmələ gəlir.

Plazmanın quru hissəsinin əsas hissəsini zülallardan – albumin, qlobulin və fibrinogendən ibarətdir. Normal halda qan plazmasında zülalların ümumi miqdarı 7 – 8,5 % araında dəyişir. Qan plazmasında olan zülalların orqanizm üçün böyük fizioloji əhəmiyyəti vardır. Onlar qanın kalloid – osmotik təzyiqinin sabit saxlanılmasında , suda həll olmayan maddələrin , hormonların və fermentlərin toxuma və hüceyrələrə daşınmasında , qanın laxtalanmasında , spesifik və qeyri – spesifik immuntetin yaranmasında iştirak edir.

Qanın formalı elementlərinin kimyəvi tərkibi. Qanın formalı elementlərinin əsas kütləsini eritrositlər təşkil edir. Onların əsas fəaliyyəti oksigeni toxumalara daşımaqdan və üzvi maddələrin parçalanması zamanaı əmələ gələn karbon qazını toxumalardan qəbul edib , ağciyərlərə aparmaqdan ibarətdir. Bu funksiyanı eritrositlərin tərkibində olan – hemoqlabin yerinı yetirir. Eritrositlər müəyyən fiziki və kimyəvi amillərin təsiri altında parçalanırlar, bu zaman hemoqlabin ətraf mühitə keçir.

Leykositlər, tərkibində çoxlu miqarda su olması ilə digər formalı elemenetlərdən fərqlənir. Onların müxtəlif növlərinin kimyəvi tərkibi bir – biri ilə müvafiq gəlmir. Leykositlərdə askarbin və qlutation tapılmışdır. Onlarda bəzi fermentlərin aktivliyi xüsusilə yüksək olur. Məhs, leykositlərin faqositoz qabiliyyətidə bu fermentlərin aktivliyi ilə əlaqedardır.

Eritrositlərdəki kimi, trombositlərdə də nüvə olmur. Buna baxmayaraq, onların daxilində intensiz mübadilə gedir. Onların tərkibində əzələlərdəki aktomiozinə oxşayan təqəllüs zülalı, ATF , serotinin, histamin və müxtəlif fermentlər aşkar edilmişdir.

Qanın fiziki – kimyəvi xassələri. Qanın fiziki kimyəvi xassələrini ifadə edən əsas göstəricilər nisbi sabitliyə malikdirlər. Müəyyən edilmişdir ki, 15 0C temperaturda qanın xüsusi çəkisi 1,050 – 1,060 hüduduna tərəddüd edir. Qanın tərkibində olan zülallar ona səciyyəvi suvasqanlıq verirlər.

Toxumadaxili mübadilənin turş və qələvi xassəli məhsullarının daim qana keçməsinə baxmayaraq onun pH – ı çox kiçik hüdudla dəyişikliyə uğrayır. Qanın pH – nın sabitliyi onda olan bufer sisteminin fəaliyyəti ilə əlaqədardır.

Qanın tərkibindən qələvi xassəli kimyəvi birləşmələr keçdikdə böyrəklərdən ifraz olunan əsasi duzun miqdarı artır. Bunun nəticəsində qanda karbonat turşusu ilə bikarbonatların qatılıqları arasında münasibət sabit saxlanılır.

Qanın tərkibində olan fosfatlarda bufer xassəsinə malikdirlər. Fosforlu bufer sisteminə natrium bir və ikiəvəzli turş fosfat duzları daxildir.

Beləliklə qanın yuxarıda göstərilən bufer sistemləri tutumlarına görə bir – birindən fərqlənirlər. Onların iştirakı ilə qanın turşu – qələvi müvazimətinin sabitliyi tənzim edilir. Onların iştirakı ilə qanın turşu – qələvi müvazinətinin sabitliyi tənzim edilir.

Qanın laxtalanması orqanizmin ən mühim qoruyucu reaksiyalarından biridir. Toxumalar zədələndikdə, qanın laxtalanması nəticəsində əmələ gələn həlməşikvari kütlə xırda qan damarlarının mənfəzini tutur və orqanizmi qanitirmədən qoruyur .

Qanın laxtalanmasında olan fibrinogenin tərkibində baş verən fiziki kimyəvi dəyişikliklər qanın laxtalanmasının əsasını təşkil edir.

Müasir təsəvvürlərə görə qanın laxtalanması üç mərhələdən ibarətdir. Bu prosesdə plazma, trombositlər və hüceyrədə olan bir sıra maddələrdə iştirak edirlər. Qanın laxtalnmasında iştirak edən toxuma amilinə toxuma tromboplastini deyilir.

Qanın laxtalanmasının birinci mərhələsi, qan və ya toxuma tromboplasininin əmələ gəlməasindən ibarətdir. İkinci mərhələ protrombinin trombinə çevrilməsindən, üçüncü mərhələdə isə qanın tərkibində olan fibrinogen bir sıra kimyəvi dəyişikliklərə uğrayaraq fibrinə çevrilir. Beləliklə, qanın laxtalanması sona çatır.

Limfa – həcminə və bioloji vəziyyətinə görə , bioloji mayelər arasında mühim yerlərdən birini tutur. Müəyyən edilmişdir ki, limfa və hüceyrəarası mayelərin ümumi həzmi qanın ümumi həcminə nisbətən bir qədər artıqdır. Limfanın kimyəvi tərkibi qan plazmasının tərkibinə yaxındir. Lakin qan plazmasında zülalların miqdarı 7,5 – 8,5 % olduğu halda , orqanizmin ayrı – ayrı nahiyyələrindən götürülən limfanın tərkibindəki zülalların miqdarı 4 – 5 % ə çatır, halbuki, dərinin, ətraflarən və başqa periferik üzvlərinin limfasında zülalların miqdarı 0,5- 1,5 % arasında dəyişir.

Qeyd etmək lazımdır ki, irimalekullu birləşmələr olan zülalların qan plazmasında və limfadakı miqdarı bir – birindən nəzərəcarpacaq dərəcədə fərqlənsədə, limfanın tərkibindəki şəkərin və qalıq azotun miqdarı demək olarki, qan plazmasının tərkibindəkinə bərabərdir. Müşahidələr göstərmişdir ki, limfanın tərkibində bütün laxtalanma amilləri vardır. Buna görə də, bədəndən xarc olunan limfa asnlıqla laxtalanır.

Limfa və plazmanın kimyəvi tərkibi arasında xüsusi fərq olmadığına görə , belə mülahizələr söylənmişdir ki, o, öz mənçəyini qan plazmasından alır. Limfanın xırda malekullu tərkib hissələrinin (qlükoza, aminturşular, yağ turşuları , elektrolitlər və s.) plazma mənşəli olduğu haqa irəli sürülən mülahizələr heç bir şübhə törətmirdi. Lakin müxtəlif tədqiqatların limfa zülallarının mənşəyi haqqında olan fikirləri bir – birindən fəqrlənirdi. Yalnız son illərdə dəqiq müəyyənləşdirilmişdir ki, bütün plazma zülalları hüceyrəarası sahələrə daxil olur, sonra isə limfa yolları vasitəsilə qan dövranına qayıdır.

Bundan əlavə , eksperimental yolla sübut olunmuşdur ki, limfa düyünləri plazma qlobolinlərinin , həmçinin antitel və antioksinlərin əmələ gəlməasində iştirak edirlər. Həzm sistemindən mənimsənilən yağların əsas hissəsi limfa yolları ilə daşınır. Limfa müxtəlif qidalandırıcı maddələrin toxumalara daşınmasında iştiraf edir. Görünür, limfanın əsas fəaliyyəti bundan ibarətdir.

Qanın tənəffüs fəaliyyəti

Qanın tənəffüs fəaliyyətinə hava oksigeninin ağciyərdən toxumalara daşınması və toxumadaxili mübadilənin son məhsulu olan karbon qazının orqanizmdən kənarlaşdrılması aiddir. Sakitlik halında olan insan orqanizminin toxumaları bir dəq. ərzində 200 ml – ə qədər oksigen sərf edirlər. Həmin müddət ərzində toxumalarda 170 ml – ə qədər karbon qazı əmələ gəlir. Ağır fiziki iş gördükdə orqanizmin oksigenə qarşı tələbatı 10 -15 dəfə artır. Adi şəraitdə 1 litr qan plazmasında 3 ml – ə qədər oksigen həll olur. Deməli, sakit halda olan insan toxumalarının dəqiqəlik təlabatnını ödəyən oksigeni məhlul halında daşımaq üçün, toxumalardan hər bir dəqiqə 70 litrə qədər qan qovulur. Buradan aydın olur ki,qan vasitəsilə daşınan oksigen toxumaların təlabatını tam ödəyə bilməz.

Oksigenin toxumalara daşınması, karbon qazının ağciyərlərə daşınması tənəffüs sistemi vasitəsilə həyata keçirirlir. Eritrositlərin tərkibində olan qırmızı rəngli piqment maddəsi – hemoqlabin oksigenlə asanlıqla parçalanma qabiliyyətinə malik olan zəif birləşmə əmələ gətirir. Ağciyər kapilyarlarında oksigenin parsial təzyiqi yüksək olduğuna görə , qanın tərkibindəki oksigen hemoqlabinlə birləşərək, oksihemoqlabinə çevrilir. Toxumalarda isə oksigenin parsial təzyiqi az olduğuna görə , oksihemoqıabinin bir hissəsi oksigenə və hemoqlabinə disossasiya edir.

Qanın oksigen tutumu onun tərkibində olan eritrositlərin sayından və hemoqlabinin miqdarından asılıdır. Məlumdur ki, hər bir hemoqlabinin tərkibində 4 ədəd dəmir atomu olur. Oksigenin parsial təzyiqindən asılı olaraq , hemoqlabinin tərkibindəki dəmir atomlarının hərəsi bir ədəd oksigen atomları vasitəsilə birləşir. Beləliklə, hər bir hemoqlabin malekulu şəraitdən asılı olaraq, 4-ə qədər oksigen malekulu ilə birləşə bilir. İnsan hemoqlabinin tərkibində 0,335 % dəmir vardır.

Normal şəraitdə qazların hər birinin həcmi 22, 4 l olduğunu nəzərə alaraq, hemoqlabinin oksigen tutumunu hesablamaq olar. Hesablamalar nəticəsində məlum olmuşdur ki, tərkibində 12 % hemoqlabin olan qan toxumalara 5 ml, 15 % hemoqlabin olan qan isə 6,5 ml oksigen verə bilir. Toxumalar müvafiq olaraq bir litr qandan , 50 – 65 ml oksigen alırlar.

Sakit halda olan insanın ürəyindən bir dəqiqə ərzində periferik damarlara keçən qan toxumalara 200 ml və daha artıq oksigen verə bilir. Lakin fiziki iş zamanı bu qədər oksigen toxumaların tələbatını ödəmir. Gərgin əzələ işi zamanı ürək fəaliyyətinin yüksəlməsi sayəsində periferik toxumalara gedən qanın həcmi 20 – 25 litrə çatır.

Bundan əlavə, əzələ işinin artması hüceyrədaxili oksigenləşmə proseslərini sürətləndirdiyinə görə, belə hallarda kapilyarlardan keçən qanın tərkibindəki oksigenin nisbətən çox hissəsi toxumalar tərəfindən mənimsənilir. Bunun nəticəsində toxumalarda oksigenin parsial təzyiqi 20 mm civə sütununa qədər azalır və venoz qanda olan hemoqlabinnin yalnız 20 – 30 % i oksigenlə birləşmiş şəkildə olur. Beləliklə, gərgin əzələ fəaliyyəti zamanı kapilyar damarlarda oksihemoqlabinin dissosiasiyası, təxminən iki dəfə artır. Eyni vaxtda ürək fəaliyyətini, həm də oksihemoqlabinin dissosiasiyasının yüksəlməsinin sayəsində gərgin əzələ fəaliyyəti dövründə orqanizmin toxumaları dəqiqədə 2- 3 litrə qədər oksigenlə təmin olunur.

loading...

Bunuda oxu...