QAN QRUPLARI

Qanİtirilmiş qanı əvəz etmək üçün orqanizmə qan köçürmək lazım gəlir ki, bu qan qrupu da xəstənin qan qrupuna uyğun gəlməlidir. 1901-ci ildə Vyana alimi K. Landşteyner insan qanını üç qrupa bölmüş, 1907-ci ildə Çex alimi Y.Yaniski bu qan qruplarına dördüncü qrup da əlavə etmişdir.

İnsanlarda qan qrupu həyat fəaliyyətində dəyişmir, sabitdir, irsi olaraq valideyinlərdən övladlara keçir. 1930-cu ildə K. Landşteynerə qan qruplarını kəşf etdiyinə görə Nobel mükafatı verildi.

Sağlam insanın qanında xüsusi maddə qan köçürmə zamanı eritrositlərdə bir-birinə yapışma, yəni, aqqlütinasiya yaratmaq qabiliyyətinə malikdir ki, bunun da səbəbi eritrositlərdə aqqlütinasiya olunan A və B aqqlütinogenin olmasıdır. Müəyyən olunmuşdur ki, α və β aqqlütininləri qanın plazmasında vardır.

loading...

Eyni insanın qanında oxşar aqqlütinogen (A və B) və aqqlütinin (α və β) ola bilməz. Qan köçürmə zamanı qan verən şəxsin (donorun) eritrositlərində aqqülinogenlər qan köçürülən şəxsin (resipiyentin) qan plazmasındakı oxşar aqqlütininlə rastlaşdıqda, aqqülütinasiya yaranır ki, nəticədə ölüm baş verir. Ona görə qan köçürülən zaman çox diqqətli olmaq lazımdır.

Qanı I qurp olan şəxslər I, II, III, IV qan qruplarına qan verə bilər, yalnız öz qrupundan, yəni I qrupdan qan ala bilər. Belə şəxslərə universal donor deyilir. Qan II qrup olan şəxslər II, IV qrupdan olan şəxslərə qan verə bilər, yalnız I, II qrupdan olan şəxslərdən qan ola bilər.

Qanı III qrup olan şəxslər III, IV qrupdan olan şəxslərə qan verə bilər, yalnız I, III qrupdan olan şəxslərdən qan ala bilər.

Qanı IV qrupdan olan şəxslər yalnız IV qrupdan olan şəxslərə qan verə bilər və I, II, III, IV qrup şəxslərdən qan ala bilər. Belə şəxslərə universal resipiyent deyilir.

I qrup insanların ertirositlərində A B aqqlütinogeni olmur, plazmada α və β aqqülitinini vardır. II qrup insanlarda eritrositlərində A aqqlütinogoneni, plazmada isə β aqqlütinini vardır. III qrup insanların eritrositlərdə B aqqlütinogeni, plazada isə α aqqlütini olur. IV qrup insanlarda isə eritrositlərində aqqlütinogenlər, plazmada isə aqqlütininlərin heç biri yoxdur.

Aparılan tədqiqatlardan məlumdur ki, dünyada təxminən 40-50% insanlar I qrupa, 30-40% -insanlar II qrupa, 10-20% insanlar III qrupa, 5% – insanlar isə IV qrupa aiddir. İrsi xarakter daşıyan qan qrupları, ömür boyu dəyişməz olaraq qalır.

İnsanın orqanlar sistemi və xəstəlikləri, i. A. Axundov, “MVS nəşr”, Bakı – 2019

loading...

Bunlarıda bəyənə bilərsiniz ...