QAN DÖVRANI HAQQINDA YENİ FİKİR

EmboliyaProfessor K. Nişi bir sıra tibbi məsələlərə tamam başqa gözlə baxıb. Onun fikirincə, qanı bədənə vuran “baş mühərrik” ürəkdə deyil, balaca kapilyarlarda qurulub.

Bu baxış qan dövranı haqqında mövcud olan klassik baxışdan köklü şəkildə fərqlənir. Yeri gəlmişkən, qeyd edək ki, ürəyin funksiyası və fəaliyyəti haqqında fikirlər zaman-zaman dəyişib.

Hələ 1628-ci ildə Vilyam Harvinin əsəri işıq üzü görəndən sonra hamı ürəyin qanı bədənə vuran “nasos” olması fikirini, bir növ, mütləq həqiqət kimi qəbul etmişdi. Tədqiqatçıların çox cuzi bir hissəsi bu nəzəriyənin səhih-liyinə şək gətirdi. Lakin fakt budur ki, həmin nəzəriyyə qan döv-ranı mexanizmini və digər oxşar fizioloji hadisələri şərh və izah etmirdi. Üstəlik, bu nəzəriyyə ürəyin əsl həqiqətdə nə olması barədə tam aydın təsəvvür yaratmırdı.

loading...

Bu nəzəriyyə çoxdan, lap çoxdan köhnəlmişdi! Məhz bu yanlış nəzəriyyənin təqsiri üzündən ürək sirri indiyəcən açılmamış qalıb və indinin özündə də ürək – tibb aləmində “öz sirrini verməyən” bir orqan kimi tanınır. Ürək-damar xəstəlikləri isə bir nömrəli qatil kimi, bəşəriyyətə bu günün özündə də divan tutmaqda davam edir. K. Nişi bu barədə yazırdı:“Nə qədərki müasir tibb elmi öz ənənəvi baxışından əl götürməyib, o, heç vaxt “sirr” deyilən mətləbi aça bilməyəcək, ürək-damar xəstəliklərinin bəşəriyyətə vurduğu ağır itkinin qarşısını ala bilməyəcək”. Professor Nişi təklif edir ki, ürəyə yalnız nəzarətçi çən, yaxud qan axınını tənzimləyən aparat kimi baxmaq lazımdır. Qəbul etməliyik ki, qanı hərəkətə gətirən mexanizm kapilyarların özündədir.

Nişinin bir çox baxışları və mövqeləri o dövrdə yaşamış mütərəqqi rus təbiblərinin ideyaları və baxışları ilə üst-üstə düşür.  A.Speranski ilə A.Zalmanov da, Nişi kimi, belə hesab edirdilər ki, müalicə vaxtı orqanizmi müdafiə edən resursların fəaliyətini yaxşılaşdırmağa xüsusi fikir vermək çox vacibdir. A. Zalmanov “İnsan orqanizminin sirli müdrikliyi” adlı dahiyanə əsərində “kapilyaro-terapiya”, yəni kapilyarlara dərin təsir göstərmək ideyasını irəli sürmüş, bu metodla müalicə apararaq, gözəl nəticələr əldə etmişdir.

Rusiyada, Almaniyada və İtaliyada 3 dəfə tibb elmləri doktoru elmi adını müdafiə edən, bolşevik rejiminin dardüşüncəli məmurlarının və siyasiləşdirilmiş tibb elminin, onun “baş qərərgahı” olan “Minzdrav”ı əlində möhkəm saxlayan dayaz alimlərin təqibinə tab gətirə bilməyib, xaricə köçən və ömrünü qürbətdə başa vuran bu dəyərli təbibin müalicə metodu haqqında ayrıca bir fəsil verəcəyik. İndi isə qan dövranı haqqında fikir tarixinə nəzər salaq.

Qeyd edək ki, qanın hərəkəti problemi ta 1930-cu ilədək, yəni, tanınmış təbib Laubri Fransa Akademiyasında qan dövranı mexanizminə dair öz parlaq əsəri barədə məlumat verənə qədər toxunulmaz, “bağlı” qalmışdı. Laubri təsdiq etdi ki, ürək qanı hərəkətə gətirən yeganə qüvvə deyil, ürək qanı yalnız arteriya və kapilyar sistemində irəli itələyən hərəkətverici qüvvədir.

Vena isə ikinci ürək kimi fəaliyyət göstərir, qanın venoz hərəkətini, yəni qanın ürəyə qayıtmasını təmin edir. Nişi bu məsələyə öz münasibətini belə bildirmişdir: “Əlbəttə, Laubrinin nəzəriyyəsi – qan haqqında elmdə irəli atılmış mütərəqqi addımdır. Lakin onun bu yeni nəzəriyyəsi, nə qədər parlaq olur-olsun, qan dövranı barədə həqiqətin yalnız yarsını açıqlamışdır. Çox təəssüf ki, o, yalnız bununla kifayətlənmişdir”. Belə bir qənaətə gələn Nişi tam müstəqil şəkildə öz qan dövranı nəzəriyəsini hazırlamağa başladı.

Məlumdur ki, arteriya həm quruluşuna görə, həm də funk-siyasına görə venadan seçilir. Arteriya qalın və elastik daxili örtüyə (divara) malikdir, dartıla və genişlənə bilir. Venanın isə nazik divarı və klapanı vardır. Bu klapan ona xidmət edir ki,vena boyunca üzü yuxarı, bu və ya digər orqandan ürəyə qalxan qan geri qayıdıb, aşağı tökülə bilməsin.

Vena maksimum darala və vakuum (tam boşluq) yarada bilir. Əgər biz qan dövranı mexanizmini nasosla müqayisə etsək, deməliyik ki, arteriya sorucu borucuğu xatırladır, çünki sorucu borucuq, itələyən borucuğa nisbətən,daha yoğun və elastik divara malikdir (“pipetka” kimi). Nişi yazırdı: Heç şübhəsiz, nasos bu iki borucuğun birləşdiyi yerdə yerləşir. Lakin nasosdan fərqli olaraq arteriya və vena hər iki ucdan birləşir: bir ucu ürəyə, o biri kapil-yarlara.

Sual oluna bilər: bunlardan hansı nasosu təmsil edir-ürək, yoxsa kapilyarlar? Nişinin cavabı qətidir: Əlbəttə, kapilyarlar! Bunun alternativi yoxdur. Çünki arteriya-soran borcuğa uyğun gəlir, vena isə itələyən borucuğa. Ürəyin nasos ola biləcəyi ehtimalı bizi yanlış nəticə çıxarmağa sövq edir: guya, ürək soran borucuqdan (arteriyadan) istifadə edir ki, qanı itələsin, itələyici borucuqdan (venadan) isə qanı daxilə qovmaq üçün istifadə edir.

Şəksiz, insan bədənindəki fizioloji “nasos” süni nasosdan fərqlidir. Bununla belə, qalın və elastik divara malik olan arteriyanın əks-təsirə malik olan hər cür qüvvənin qarşısını almağa göstərdiyi cəhd çox önəmlidir. Lakin bu cür müqavimət gücünə və böyük ciddi-cəhdə baxmayaraq, arteriya-kapilyarların təsiri altında yaranan və qanı damarlardan geri soran boşluqla müqayisədə çox zəyifdir. Yalnız kapilyarların qanı arteriyadan sorması ehtimalını qəbul etdikdə, anlaya bilərik: nə üçün arteriya öz qurluşuna və funksiyasına görə sorucu borucuğa bənzəyir? Bu,bir daha onu göstərir ki, insan bədənindəki nasosu ürək deyil, məhz kapilyarlar təmsil edir.

Bu mətləbi tibbi təhsili olmayan sıravi oxuculara loru dildə izah etmək istəyirəm. Bina ayrı-ayrı daşlardan, taxtalardan ibarət olduğu kimi, insan bədəni də kiçicik hüceyrələrdən ibarətdir. Hər bir hüceyrə əyninə tüklü borucuqların torundan tikilmiş “libas” geyib. Bu “libas”- kapilyarlardır. Arteriya və vena damarları məhz kapilyarlara bitişib. Hüceyrələrə qida daşıyan da elə bu tüklü borucuqlardır.

Sağlamlıq üçün gərək olan hər şeyi – oksigeni, enerjini, vitaminləri, zülalı, yağı, mineral maddələri, karbohidratları daşıyıb, hüceyrələri yedizdirən möhnətkeş kapilyarlardır. Məhz onlar hüceyrələri, maddələr müba diləsi vaxtı əmələ gələn, gərəksiz və zərərli parçalanma məhsullarından təmizləyir. A.Zalmanov kapilyarların fəaliyyətindən bəhs edərkən yazırdı: “Hüceyrələrin daima ölməsi, yarpaqların və ləçəklərin tökülməsi zəruri olduğu kimi, vacibdir”.

Uzunluğu 100.000 kilometr, ümumi sahəsi 600 kvadrat metr olan kapilyarların diametri günün, ayın və ilin müxtəlif vaxtlarında müxtəlif cür olur. Bu mənada onu çay məcrasına bənzətmək olar: çay məcrası baharda genişlənir, yayda, qışda, sular azalanda daralır. Kapilyarlar səhər çağı, axşama nisbətən, çox yığılmış olur, ümumi tutumu azalır. Bunu səhərlər bədənin ümumi hərarətinin azalması, axşam isə çoxalması ilə izah etmək lazım gəlir. Qadınlarda aybaşı ərəfəsində açıq kapilyarların sayı çoxalır, odur ki, maddələr mübadiləsi fəallaşır, bədənin hərarəti artır. Sentyabr-yanvar dövründə kapilyarların sıxılması (spazma) və durqunlaşma baş verir. Mövsümi xəstəliklər (mədə xorası ən çox sentyabr və mart aylarında baş verir) başlayır.

Kapilyarların xəstələnməsi-bütün patoloji proseslərin əsasıdır. A. Zalmanov “İnsan orqanizminin sirli müdrikliyi” kitabında yazırdı: “Kapilyarların fiziologiyası olmadığı halda təbabət hadisələrin səthində durur, həm ümumilikdə ,həm də xüsusi patalogiyada bir şeyi dərk etməyə qadir deyildir”.

Nişi kimi, A. Zalmanov da belə qənaətə gəlmişdir: “Bütün xəstəliklərin müalicəsini kapilyarların müalicəsindən başlamaq lazımdır”.  Bu məsələ ilə bağlı daha bir məsləhətə qulaq asaq.A.Zalmanov öyrədirdi: “Əgər siz tənəffüs həcmini genişləndirsəniz,beyinə və bütün orqanlara oksigen axınını gücləndirsəniz, əgər siz xüsusi rejimin köməyi ilə (dərmanın yox, məhz xüsusi rejimin! -Ə.Ə), yüz minlərlə kapilyara işıq aça bilsəniz, belə müalicənin köməyi ilə dəf edilməyən bir xəstəliyə də rast gəlməyəcəksiniz”. Başqa sözlə desək: Yer üzündə müalicəsi mümkün olmayan xəstəlik qalmayacaq.

Çox ağıllı məsləhətdir! Məhz ona qulaq asdığım üçün, məhz dava-dərmana həmişəlik “yox” dediyim üçün, xüsusi rejimin köməyi ilə kapilyarları işə saldım, hüceyrələrimi yaxşı-yaxşı qidalandırdım və ağır xəstəliklərin, o cümlədən, ürək-damar xəstəliyinin, şəkərli diabetin cəngindən qurtardım. Bütövlükdə tibb elminin, eləcə də ayrı-ayrı həkimlərin və bizim hər birimizin fikir vermədiyimiz, necə deyərlər, adam yerinə qoymadığımız kapilyarlar belə böyük qüdrətə malikdir.

Bu yerdə mən bir ibratamiz müqayisədən vaz keçə bilməyəcəm. Mən kapilyarları cəfakeş əskərlərə, ziyalılara, kəndli lərə, fəhlələrə oxşadıram. Dövləti (yəni orqanizmi) yedirən də, geydirən də, yaşadan da, qoruyan da müsəlləh əskər, əli qabarlı fəhlə və kəndli, gecə-gündüz beynini çalışdıran ziyalıdır. Onların vəziyyəti ağır olanda – dövlətin(orqanizmin) vəziyyəti də ağırlaşır, dövlət(orqanizm) “xəstələnir”.

Deməli, ölkənin, dövlətin “səhhəti” onu yedizdirən qara camaatın vəziyyətindən asılıdır. Ona görə də ağıllı millətlər və ağıllı dövlət başçıları çalışırlar ki, məmləkətin sağlamlığının və rifahının əsas dayağı olan qara camaat (kapilyarlar) sağlam olsun, yaxşı işləsin, öz dövlətini (orqanizmi) gümrah saxlamağa, qorumağa qadir olsun. Bu hikməti unudan dövlətlər isə,öz kapilyarlarının qeydinə qalmağı unudan tamahkır, acgöz və qarınqulu adamlar kimi, gününü ah-zar içində keçirir, vəsaiti müxtəlif bəlalardan yaxa qurtarmaq üçün həyata keçirilən lüzumsuz tədbirlərə xərcləyir.

İndi isə yenidən keçmişə qayıdaq. Bayaq qeyd etdik ki, Nişi Sistemi yaranana qədər dünyanın bir çox istedadlı alimləri və qabaqcıl həkimlər kapilyarlar barəsində dəyərli fikirlər söyləmiş, kapilyaro-terapiya ilə məşğul olmağın zəruriliyini əsaslandırmışlar. Hətta, kapilyarların fiziologiyasının tədqiqatı ilə məşğul olan alman alimi A. Kroq Nobel mükafatına layiq görülmüşdür.

Lakin yalnız Nişi Sistemi yaranandan sonra bəşəriyyətin əlində tam və dolğun metodika oldu, insanlar kapilyarların bərpası yolunu tanıdılar. Nişi bu məqsədlə xüsusi vibrasiya (titrəmə) təmrinləri yaratdı, onların köməyi ilə kapilyarları bərpa etmək, möhkəmlətmək, təmizləmək, enerjisini artırmaq, bunun sayəsində immuniteti yüksəltmək, müdafiə qüvvələrini, bütün orqanizmin həyat qabiliyyətini gücləndirmək mümkün oldu. Bu sistem, bir növ, bütün “arxları” təmizləyir ki, hüceyrələrə qida daşıyan qan maneəsiz, tam sərbəst şəkildə hərəkət etsin, lazımsız maddələri bədəndən rahat çıxartsın.

Bir məqamı xüsusi vurğulamaq istəyirəm: Nişinin Sağlamlıq Sistemi xəstələr üçün nə qədər vacibdirsə, sağlam adamlarlar üçün, xüsusilə də uşaqlar, yeniyetmələr və gənclər üçün də bir o qədər vacibdir: xəstələrə-ağır dərddən qutarmaq üçün, sağlamlara – heç vaxt xəstələnməmək, uzun müddət gənc qalmaq və çox yaşamaq üçün.

Nişi öz sistemini yaradarkən tam əmin oldu ki, sonsuz Kainatın ayrılmaz tərkib hissəsi olan insan bədəni, böyük Kainatın özü kimi, müxtəlif mikrobların və bakteriyaların məskunlaşdığı məkandır. Orqanizm yorulmayıbsa, qıcıqlandırılmayıbsa, zədələnməyibsə, çirklənmiyibsə – heç bir mikrob təhlükəsi yoxdur, onun çalışqan hüceyrələri çoxsaylı mikroorqanizmlər dünyasında rahat yaşaya bilər. Çünki mikroblar və bakteriyalar, əlverişli mühit yaranmadığı halda, məskunlaşdığı məkanla (ayrı-ayrı orqanlarla) deyil, paxıl millətlər kimi, öz aralarında didişməklə məşğul olacaqlar.

Nişinin yaratdığı təmrinlər yorğunluğu çıxarır, bütün fizioloji prosesləri səhmana salır, orqanizmdə enerji balansını, turşu-qələvi balansını tənzimləyir, bədəni, hər bir hüceyrə səviyyəsində, təmizləyir və masaj edir.

Qəribədir, nə üçün Nişi bu qədər hərəkət növü içində məhz vibrasiyanı seçmişdir? Bu sualın cavabını N. Arinçinin “Hər gün kemokibernetika” adlı məqaləsində tapmaq olar: “Çoxdan bəlli idi ki, orqanlar – istər zehni iş vaxtı beyin,istərsə də mədə-bağırsaq traktı qidanı həzm edərkən – sakit vaxta nisbətən daha çox qan alır. Özü də qana olan belə böyük təlabat ürəyə düşən yük və ağırlıq kimi qiymətləndirilir. İnfarkt xəstəliyinə tutulan adamı yatağa uzadır və ona, hətta, bircə barmağını tərpətməyə də icazə vermirlər. Belə rejimdə xəstələr özlərini pis hiss edirlər və çox vaxt ölürlər. Təyin olunmuş rejimin ziddinə hərəkət edənlər isə özlərinə xidmət göstərmiş olurlar və tez sağalıb əmək fəaliyyətinə qayıdırlar. Beləliklə də kliniki təcrübə əzələ sakitliyi rejimini inkar etdi, onun yerini erkən hərəkət fəallığı, idman tutdu”. Müəmma olaraq qalırdı: nə üçün həkimlərin belə bərk qorxduğu hərəkət orqanizmə şəfaverici təsir göstərir? Mətləbi bir qədər xırdalayaq.

Təbiblər yaxşı bilir: skelet əzələləri əzələ liflərindən ibarətdir. Bu liflər səs tezliyinə uyğun sürətlə yığılır. Bunu hiss etmək üçün qulaqlarınızı əllərinizlə möhkəm qapayın və dişlərinizi qıcayın. Bu vaxt çeynəmə əzələləri yığılacaq və onların uçan arının çıxardığı səsə bənzər, uğultusunu eşidəcək-siniz. Çənə nə qədər bərk sıxılarsa, əzələlərin səsi bir o qədər güclü olacaq. Deməli, skelet əzələləri, bir növ, “fizoloji vibirator” rolunu da oynayır.

Əlavə edək ki, skelet əzələlərinin mikronasos fəaliyyəti uşaq dünyaya gələndə başlayır, yetkinlik dövründə inkişaf edir və daha yüksək səmərəli olur. Qocaldıqda-sönür. Bu fəaliyyəti fiziki təmrinlər vasitəsilə gücləndirmək mümkündür. Əksinə, o, fiziki passivlik vaxtı zəiyfləyir, bu da orqanizmin məhvinə səbəb olur. Çünki hərəkət passivliyi dövründə skelet əzələləri ürəyə pis kömək edir, ürək vaxtından qabaq “köhnəlir”.

Ürək–damar xəstəliklərinin ən mühüm səbəblərindən biri məhz budur. Bunu yaxşı dərk edən professor Nişi hələ 1927-ci ildə bəyan etmişdir: hər hansı ürək-damar xəstəliyini dava–dərmansız sağaltmaq mümkündür. Mən bu danılmaz həqiqəti 1995-ci ildə, xəstə ürəyimə şəfa verəndən və mükəmməl mühərrik kimi işləməyə vadar edəndən sonra dərindən dərk etdim.

Təzada fikir verin: insan əsrlər boyu “sağlamlıq açarı” axtarır, Kosmosu “fəth edən qüdrətli” elmə və texnikaya malik olan bəşəriyyət çox çeşidli xəstəliklərdən əzab-əziyyət çəkməkdə davam edir, açar isə çoxdan bəllidir, amma, nə fayda, ondan istifadə etməyə tələsənlər çox azdır.

Bir vaxtlar xərçəng kimi, ürək-damar xəstəlikləri də XX əsrin ən dəhşətli bəlası sayılırdı. Niyə “bir vaxtlar”? Elə bu günün özündə də belədir. Yeganə təsəllini onda tapmaq olar ki, dahi Nişi bu geniş yayılmış xəstəlikdən tam sağalmağın çarəsini tapıb və bizə çox mükəmməl və çox qüdrətli bir təlim bəxş edib. Ondan istifadə edib-etməmək hər kəsin öz işidir.

QLOMUS

Nişi Sistemi qlomusa da tamam yeni nəzərlə baxmağı təklif edir. Qlomus – ehtiyat yoldur, arteriyadan çıxan qan, kapilyardan vaz keçərək, həmin yolla venaya daxil olur. Qlomus müxtəlif orqanlarda, ələlxüsus da, əllərin və ayaqların dərisinin ucunda mövcuddur. Dırnaqların altında,barmaqların ucunda, birinci, ikinci və üçüncü əl barmaqları buğumlarının iç tərəfində çox kütləvi şəkildə yerləşmişdir. Ana bətnində olan uşaqda qlomus yoxdur, doğuşdan dərhal sonra yaranır və qırx yaşa çatanadək müntəzəm olaraq çoxalır, sonra azalmağa başlayır.

Qlomusa dair çoxlu əsərlər yazılmasına baxmayaraq (1924-cü ildə Fransada Pyer Massonun gözəl əsəri çıxdı, 1948-ci ildə Amerika alimləri bir neçə əsər buraxdılar, nəhayət, Nişi ona öz münasibətini bildirdi), “qlomus nə üçün və necə fəaliyyət göstərir” sualına hələ də mükəmməl cavab verilməyib. Nişinin fikirincə, qlomus kapilyarlar, arteriya, vena, ürək və limfa kanalı ilə birlikdə vahid, tam qan dövranı mexanizmini təşkil edir: kapilyarlar-baş hərəkətverici qüvvə kimi, qlomus – ehtiyat nəzarətçi kimi, vena ilə ürəyin sağ kameraları – əlavə qanqovucu qüvvə kimi, arteriya-qansoran boru kimi. Bunlardan hər hansı birisi pis işləyərsə, qan dövranı pozular.

Ən sıx əlaqə qlomusla kapilyarlar arasında mövcuddur. Biz qəflətən qorxanda- “rəngimiz qaçır”, bənizimiz solur. Ona görə ki, həmin yerdə kapilyarlar gözlənilmədən sıxılır və yüksək sürətlə dövran edən qan birdən kəsilir. Əgər belə fövqaladə hallarda əlavə nəzarətçi kimi çıxış edən qlomus olmasaydı, qarşısı kəsilmiş güclü qan seli vurub vena kapilyarlarının zərif divarlarını dağıdardı və dərialtı qansızma baş verərdi. Belə kritik hadisələr, çox güman ki, qlomusların dağılması və iflic olması vaxtı baş verir. Beləliklə də qəti deyə bilərik: qlomus-kapilyarlar üçün etibarlı müdafiəçidir.

Bəs qlomus harada yerləşir və onun sayı nə qədərdir?

Cavablar müxtəlif və mübahisəlidir.Yəqin ona görə ki, qlomusu tapmaq çox çətindir.Bəzən digər mikroskopik arteriya və vena damarlarını da qlomus kimi qəbul edirlər. Bildiyimiz dəqiq şey odur ki, qlomus doğuşdan dərhal sonra yaranır, yaş artıqca onun sayı çoxalır, insan qocaldıqda isə atrofiyaya uğrayır. Ən önəmli sual isə budur: qlomusu sağlam saxlamaq üçün nə etmək lazımdır?

Bu həyat əhəmiyyətli suala düzgün cavab tapmaq üçün insan oranizmində olan alkoqolla şəkərin müştərək, əlaqəli fəaliyyətini qiymətləndirmək çox vacibdir. Professor Nişinin fikirincə, sağlamlığın ən vacib şərtlərindən biri də orqanizmdə mövcud olan alkoqolla şəkər arasındakı kövrək tarazlığı qoruyub saxlamaqdır. Bu tarazlıq su və duz (söhbət xörək duzundan, natrium-xlordan getmir) arasında fermentlərin, harmonların, vitaminlərin köməyi ilə yaradılır. Məhz suyun və duzun biokimyəvi təsiri altında bədənimizdəki alkaqol və ya şəkər yığıntısı yaranır.

Alkaqolun miqdarı şəkərin miqdarını üstələyəndə fəsad-arterioskleroz şəklində baş verir, qlomus bərkiyir, degenerativ olur. Şəkərin miqdarı alkoqolun miqdarından çox olduqda isə pozquntu diabet şəkilində baş verir, qlomus yumu- şalır, atrofiyaya uğrayır və yoxa çıxır. Buradan aydın olur ki, alkoqolla şəkərin tarazlığını qorumaq-qlomusu qorumaq deməkdir. Bu da bütövlükdə can sağlığını qorumaq deməkdir.

Ortalığa daha vacib sual çıxır: bəs bu kövrək tarazlığı necə saxlamalı və pozulanda necə bərpa etməli? Bu arxivacib suala cavab almaq üçün Nişiyə müraciət edək: “Heç şübhəsiz, qlomus daxili orqanların divarında normal vəziyyətdə olduqda, heç bir parazit bağırsaqda yaşaya bilməz. Üstəlik, divarlarında qlomus yaxşı vəziyyətdə olan mədəni nə xora, nə də xərçəng zədələyə bilər”. Məhz buna görə də Nişi düzgün qidalanmağı, faydalı hərəkəti və gün ərzində 2-3 litr çiy su içməyi məslhət görürdü.

Yeyib-içməyi həyatın mənasi sayan “ceyillər” məndən tez-tez soruşurlar:“Sənin o Nişin “vurmaq” məsələsinə necə baxır?” Deməliyəm ki, Nişi Sistemi alkoqolun nə dostudur, nə də düşməni, onu nə təqdir edir, nə də inkar. Lakin Nişi bütün “ölü” qidaları orqanizmin tamlığını pozan, onu sarsıdan bir yad, düşmən qüvvə kimi qiymətləndirir. Alkoqol da, şəkər də “ölü” qidadır. Amma bu “ölü” qidalardan tam imuina edən şəxsin orqnizmində də artıq alkoqol və ya artıq şəkər konsentratı əmələ gələ bilər.Bunun üçün kifayət qədər mənbə vardır.

Çiy şəkildə qəbul olunmuş meyvə və tərəvəzdən orqanizmin “zavodunda” istehsal olunan alkoqol və şəkər orqanizm üçün çox vacib qidadır. Təbii ki,norma daxilində. Orta hədd- qızıl hədd! Bir daha yada salıram: orqanizmin özü qəbul etdiyimiz çiy qidalardan həm kifayət qədər alkaqol, həm də kifayət qədər şəkər istehsal edir. Bizim vəzifəmiz qida balansını qorumaqdır. Yəni, çiy qidaları elə düzməliyik ki, rasionda həm kifayət qədər alkoqol olsun, həm də kifayət qədər şəkər.Süni alkaqolun və süni şəkərin zərərli nəticələrini aradan qaldırmaq üçün professor Nişi məsləhət görür ki, onların qəbulundan sonra, 4-7 sat ərzində alkaqolun 3 misli qədər, şəkərin 2,5 misli qədər çiy suyu ilıq şəkildə içmək lazımdır. Təzə su-gözəl durulaşdırıcı və təmizləyici qabiliyyətə malikdir, onu içdikdə alkoqolun və şəkərin yığıntısı (konsentratı) öz-özünə azalır

Möcüzəsiz möcüzə kitabından

loading...

Bunlarıda bəyənə bilərsiniz ...