QALXANVARİ VƏZİN BÖYÜMƏ SƏBƏBLƏRİ

zobTiroid (qalxanvari) vəzdə hormonların əmələ gəlməsi üçün qanda yodun miqdarı normal olmalıdır. Yodun az qəbul edilməsi guatr (zob) xəstəliyinin yaranmasına səbəb ola bilər.

Tiroid hormonlarının normal sintezində yaranan problemlərə cavab olaraq tiroid (TSH) hormonu vəzini normal hormon ifazını təmin etmək ücün həcmini artırır. Toxumaların həcmi bir neçə il müddətində gözlə görülə biləcək qədər böyüyür.

Xaşimota tireoiditi guatr (zob) xəstəliyinin yaranmasına səbəb olur. Autoimmun xəstəlik tiroid vəzinin toxumalarını məhv edir və nəticədə hormonların əmələ gəlməsi azalır. Nəticədə vəzi böyüyür, bu da gutar (zob) xəstəliyinə səbəb olur.

loading...

Graves xəstəliyi. İmmun sistemi zəhərli zob xəstəliyinin yaranmasına səbəb olan zülal (immunoqlobulin tiroid) istehsal edir. Tirioksinin həddindən çox istehsal olunması hipofiz vəzində TSH ifrazını azaldır, buna baxmayaraq tiroid vəzinin ölçüləri artmaqda davam edir.

Çoxdüyünlü zob əksər hallarda yod catışmazlığı səbəbindən yaranır. Tiroid vəzinin daxilində bir və ya daha çox düyünün olmasına gətirib çıxarır.

Genetik faktorlar, hamiləlik və infeksiyalar nəticəsində qalxanabənzər vəzin ölçüləri böyüyə bilər. Tiroid vəzinin böyüməsinin səbəbini öyrənib, ondan sonra müalicəni başlamaq lazımdır.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...