QADINLARDA SONSUZLUQ SƏBƏBLƏRİ

Planlaşdırılmış hamiləlikQadınların hamilə qalması üçün yetərli sperma qədər ana bətni ağzının spermalara uyğun olması, ana bətnin içində ciddi anomaliyaların olmaması lazımdır.

Heç olmasa bir kanalın açıq olması və vəzifəsini yerinə yetirməsi, yumurtalıqlarda hər ay yumurtalama olması və qarın içində bir sıra yapışıqlıqların olmaması kimi bir çox şərt lazımlıdır. Buna görə də qadının araşdırılması daha çox zaman alır.

Qadın yumurtalıqlarının fəal olub olmadığını anlamaq üçün ədətin üçüncü günündə FSH, LH, E2 hormon və yenə kad;n khamiləliyə təsiri olan Prolaktin və TSH hormonlarına baxılması məqsədəuyğun olar. Bunları həll edərkən FSH əhəmiyyətlidir.

loading...

FSH qadının “sperma sayı adlandırılır” normalda 10-dan daha aşağı olması lazımlıdır, 10- 15 arasında hamilə qalma şansında zəifləmə 15-in üzərində də çox ciddi bir zəifləmə olur. Xüsusilə  40 yaş üzərindəki qadınlarda FSH-nin qiymətləndirməsi çox vacibdir və FSH səviyyəsinə görə müalicəyə sürət verilməsi uyğun olar.

Qadın hormonları normal çıxarsa, qadının ümumi fiziki müayinəsi və vajinal müayinəsi normaldırsa, onda sperma yaxşı isə daha çox araşdırmaya ehtiyac olmadan yumurtlamağa bir az da kömək edərək müalicəyə başlana bilər.

Yəni qadının yumurtasının 1-dən çox keçirilməsi üçün hər ay 5 gün qədər dərmanlar verilir və bunlarla ultrasəs təqibi ilə yumurtlama izlənir, cinsi əlaqə günləri müəyyənləşdirilir və bu müalicə 3-4 ay davam edir. Qadında yumurtlama problemi varsa, yenə eyni müalicə aparılır.

Qadınlarda yumurtlama probleminə yol açan ən xüsusi xəstəliklərdən bir dənəsi Polikistik Yumurtalıqdır. Bu xəstəlikdə qadının qanındakı LH hormonu FSH hormonundan daha yüksəkdir və bunun doğurduğu bir yumurtlama manesi vardır.Bu adamların yumurtalıqlarında yumurtalamamış bir çox yumurtanın yığılıb qalması ilə olan xüsusi bir mənzərə mövcuddur.

Polikistik demək;

Bir sürü böyüməmiş yumurtanın, kistin, izlənməsi deməkdir.

Bəzilərinə həblərlə yumurtalama müalicəsi aparılır, əgər nəticə alınmazsa, iynələrə keçilir hətta bəzən Laparoskopiya dediyimiz əməliyyatla yumurtanın qabığına müxtəlif yerlərindən dəliklər açılır və yumurtalama tətbiq olunmağa çalışılır yenə də uğurlu olmasa süni mayalanma müalicəsinə keçilir.

Dr. Gülnarə İsmayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...