QADINLARDA GENİTAL HERPES

Xəstəliyin törədicisi herpeviruslar ailəsindən olan viruslardır. Bunlara insanda xəstəlik yarada bilən 8 növ virus aiddir.

İnfeksiyanın mənbəyi virusa yoluxmuş, yəni xəstə insandır. Genital herpesə həssaslıq çox yüksəkdir.

Virus hüceyrənin gen aparatında yer alıb, onu zədələyir. Hüceyrələrin bölünməsi zamanı herpes bütün irsi məlumatlarla birgə digər hüceyrələrə də ötürülür. Qadının bir dəfə herpesə yoluxması kifayətdir ki, o, bundan artıq yaxa qurtara bilməyəcəkdir. Qadınlarda genital herpes bu səbəblərdən yaranır:

loading...

Alkoqol

Soyuqlama

İsti vurma

Stress

İnfeksion xəstəlikləri

Emosional gərginlik.

Genital xəstəliyə anal, oral və vaginal sekslə məşğul olmaqla yoluxmaq olar. Kəskin simptomları olan insanlar daha yüksək yoluxdurucu qabiliyyətə malikdirlər. Lakin əksər hallarda xəstəliyə simptomsuz cərəyan edən insanlar yoluxdururlar. İctimai tualet, üzgüçülük hovuzları, ümumi qab, hamam, dəsmal və s. istifadə etməklə yoluxma yolu deyil.

Xəstəlik uşaqlıq yolu, kiçik və böyük cinsi dodaqlar, uşaqlıq boynu, anal dəliyi və sidik ifrazı kanalı nayihəsində səpgilərlə özünü bildirir. Budun daxili səthinə yayılması da mümkündür. Səpgi çox vaxt yanğı və ağrı ilə müşayiət olunur.

Səpgi qruplaşmaya meylli olan xırda suluqlardan ibarət olur. Onların möhtəviyyatı bulanıqlı olur. Əksər hallarda, təxminən bir həftə sonra, bu suluqlar partlamağa başlayır. Onların yerində əvvəlcə eroziya əmələ gəlir, sonra tədricən onları 2-3 həftəyə sağlam toxuma ilə örtülən qabıq əvəz edir.

loading...

Bunuda oxu...