QADINLARDA DAXİLİ CİNSİYYƏT ORQANLARI

QADIN CİNSİYYƏT SİSTEMİUşaqlıq

Düz əzələ hüceyrələrindən ibarət olan armud formasında bir orqandır. 6-8 santimetr ölçüdə, iç qismi endometrium olaraq tanınan bir pərdə ilə örtülüdür. Uşaqlığı yerində tutan bəzi bağlar vardır. Hamiləlik anında uşaqlıq böyüdükcə bu bağlarda gərginləşmə getdiyindən qasıq nahiyyəsində xətşəkilli ağrılar ola bilər.

Bu orqan hamiləlik dövründə möcüzəvi bir şəkildə böyüyərək bütün qarın boşluğunu tutur və doğuş baş verdikdən sonra əvvəlki halını alır.

loading...

Uşaqlıq boruları

Uşaqlığın hər iki tərəfindən çıxan və yumurtalıqlara qədər çatan orta hesabla 10 santimetr uzunluğunda olan boru şəklində bir orqandır. Uşaqlıq borusu 3 hissədən ibarətdir: giriş hissəsi – infundibulum tubae uterinae, genişlənmiş hissəsi — ampulla tubae uterinae, isthmus tubae uterinae, və uşaqlıq hissəsi – pars uterina. Ampulyar kimi tanınan hissə borucuqlarda ən çox funksiyası olan hissədir.

Bu hissədə yumurtalıqdan atılan yumurtanın sperma ilə qarşılaşması və mayalanması baş verir. Mayalanma baş verən yumurta daha sonra boru kanalında hərəkət edərək uşaqlığın içinə enir.

Bəzən müəyyən səbəblərdən mayalanmış yumurta hüceyrənin boruda ilişib qalması, uşaqlıqdan kənar ektopik hamiləliyə səbəb olur. Ampulyar hissə ektopik hamiləliyin ən çox rast gəlindiyi hissəsidir.

Yumurtalıqlar

Yumurtalıqlar uşaqlığın hər iki tərəfində yerləşən cüt orqanlardır. Hər iki yumurtalığın içində yetkinlik dövründən əvvəl yetişməmiş, inkişafa hazır olan təxminən 500.000 ədəd yumurta hüceyrə olur. Yetkinlik dövrü ilə birlikdə və hormonların təsiri ilə hər ay bu hüceyrələrdən təxminən 1000-ə qədəri mayalanmaq məqsədilə inkişafedir.

Amma 1000 yumurtadan yalnız çox vaxt bir dənəsi yetişkənlik halına çatır və ovulyasiyaya uğrayaraq yumurtadan xaric olur. Xaric olan yumurta hüçeyrə boruların fimbriaları ilə tutulur.

loading...

Bunuda oxu...