QADINLARDA CİNSİ TSİKLLƏR

Ovulyasiya cinsi yetişkənliyə çatmış qadınlarda dövrü olaraq aylıq qanaxmalar aybaşı (menstruasiya) şəklində əmələ gəlir. Dörd mərhələdən ibarət olan cinsi tsikllər 27-28 gün müddətində davam edir: 1) ovulyasiyaönü; 2) ovulyasiya; 3) ovulyasiya sonrası; 4) sakitlik mərhələsi. Bu mərhələlərin hər birinin müəyyən xarakterik əlamətləri vardır.

Menstrual tsiklHamiləliyə hazırlıq 14-15 gün davam edən ovulyasiyaönü mərhələdə gedir. Bu zaman uşaqlığın ölçüləri böyüyür, qanla təçhizatı zənginləşir. Uşaqlığın selikli qatı və vəzilərdə genişlənmə baş verir. Peristaltik hərəkətlər Fallop borularında və uşaqlığın əzələlərində artır, həmçinin uşaqlıq yolunun selikli qişasında şişkinlik əmələ gəlir, selik ifrazı çoxalır.

Normal orqanizmdə qovuqcuqların tamam yetişməsini follikulstimullaşdırıcı hormonların artması təmin edir. Yumurta hüceyrəsi Qraf qovuqcuqlarında inkişaf edir. Sonra qovuqcuq partlayır, cinsi hüceyrə (yumurta hüceyrə) azad olur, ovulyasiya başlayır.

loading...

Ovulyasiya mərhələsi üç gün çəkir. Qovuqcuqdan çıxmış yumurta hüceyrəsi Fallop boruları ilə uşaqlığa doğru yönəlir. Əgər qadın ovulyasiyaönü dövrdə cinsi əlaqədə olubsa, uşaqlıq borularında hərəkət edən yumurta hüceyrəsi mayalanar və hamiləlik baş verə bilər. Təxminən 10-13 həftədən sonra döllənmiş yumurta hüceyrəsi uşaqlığa düşərək, divarındakı selikli təbəqəyə yapışır, cinsi tsikllər kəsilir, hamiləlik başlayır.

Əgər mayalanmış yumurta hüceyrəsi boruda qalıb, müəyyən müddətdən sonra uşaqlığa düşməzsə, bu zaman inkişaf edən döl ana orqanizmində narahatlığa səbəb olacaq ki, buna da uşaqlıqdan kənar hamiləlik yəni boru hamiləliyi deyilir.

Bunu cərrahi əməliyyat nəticəsində aradan qaldırırlar. Döl əməliyyat nəticəsində orqanizmdən xaric olunur, mayalanma hansı boruda baş veribsə həmin boru liqaturaya alınır.

Yumurta hüceyrəsi borudan uşaqlığa daxil olmasına üç gün vaxt lazımdır ki, üçüncü mərhələ başlasın.

Üçüncü mərhələ qadınlarda menstruasiya (aybaşı) ilə başlayır ki, buna da ovulyasiyadan sonrası mərhələ deyilir. Bu zaman uşaqlıq əzələsinin yığılması ilə əlaqədar olaraq ritmik hərəkətlər yaranır. Uşaqlığın selikli qışasında xeyli miqdarda örtük epitel hüceyrələri ayrılır, menstruasiya qanı ilə birlikdə xaricə ifraz olunur. Qadında başağrısı, yorğunluq, zəiflik, davranışında pozqunluq yaranır, tədricən sakitlik mərhələsi başlayır. Bu mərhələ bir neçə gün çəkir. Bu zaman uşaqlığın selikli qişası bərpa olur və yenidən ovulyasiyaönü mərhələyə hazırlıq gedir.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...