QADINLARDA CİNSİ İSTƏK

Cinsi istək qavramı insana, cəmiyyətə, mentalitetə bağlı olaraq fərqlənsə də, ümumilikdə başqa bir insanla cinsi əlaqəyə girmək istəyidir.

Cinsi istəyin nə dərəcədə kifayət olub olmadığı, və ya az istəkli olması qadından qadına dəyişə bilər. Amma bizim cəmiyyətdə qadınların istəklə bağlı sıxıntılarını mütəlif qruplara ayırmaq olar. Əslində qadının da kişinin də cinsi istəyi eynidir, amma qadınların tərbiyə edilmə şərtləri, ailədən gələn təzyiq, mentalitet, əxlaqi təsirlər bu istəyin basdırılmasına, başqa yerlərə yönləndirilməsinə, və ya heç göstərilməməsinə səbəb olur.

Ona görə də bu mövzuda rahat olan kişilər daha tez-tez cinsi istək hiss edirlər. Bir qadın olaraq ərinizin seksi sizdən daha çox və daha tez-tez arzu etməsi sizin seks istəyi yönündən bir probleminiz var, mənasına gəlmir.

loading...

Cinsi istək nədən yaranır, minlərcə səbəb cinsi istəyi alovlandıra bilər. Məsələn:

Görmək;

İy, qoxu (parfum);

Eşitmək;

Dadmaq;

Düşüncə;

Hisslər;

Cinsi istəyin qarşısını nə ala bilər:

Hamilə qalma qorxusu;

Bakirə qadınlarda qızlıq pərdəsinin itirmək qorxusu, xüsusilə evlilikdən əvvəl münasibətlərdə;

Əgər qadın seks istərsə və ya bunu göstərirsə partnyorunun onun haqqında “gəzəyən qadın” olaraq düşünməsi;

Ağrı qorxusu vəya şübhəsi;

Ətrafmühitin təzyiqi və fikirləri;

Əxlaqi təzyiqlər;

Fiziki olamayan səbəblər arasında, əri ilə bir birini başa düşməmək, yola getməmək;

Depressiya;

Partnyoruna inanmamaq;

Seks zamanı ağrı hiss etmək və ya vaginal quruluq

Cinsi əlaqəyə zorlanmaq;

Hormonal pozuntular;

Dərmanların əks təsirləri;

Cinsi istəyi olmayan qadın varmı?

Normal hormonal quruluşa sahib olan hər qadında cinsi istək vardır. Bizə cinsi istəksizlik, orqazm olmamaq, seksdən zövq ala bilməmək kimi problemlərlə müraciət edən qadınların yalnız 1%-də həqiqətən fiziki problemlər olur. Qalan 99 %-də isə bu tamamilə psixoloji problemdir.

Cinsi istəksizlik, zövq ala bilməmək və ya orqazm ola bilməmək düzələ bilərmi ?

Bəli, lazımi müalicələrdən sonra problemi düzəlməyən qadın yoxdur, hər qadına seks arzusu, seksdən zövq almaq vəya orqazm almaq öyrədilə bilər.

Dr. Azər Bağırov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...