25-30 YAŞ QADINLARDA GENİŞ YAYILMIŞ XƏSTƏLİKLƏR

İnsanlar sağlamlıqlarının qayğısına gənc yaşlardan qalmalıdırlar. Alimlərin araşdırmalarına görə insanın xəstəliklərinin yalnız 20%-i irsən ötürülə bilər. Qalan 80%, yaşayış tərzi, ekologiyadan asılıdır. Yəniz öz əlimizdədir.

Gənc yaşlarda adətən orqanizm güclü olur, xəstəliklərə qarşı davamlı olur. Lakin müasir dövrdə, ətraf mühitin çirklənməsi orqanizmin zəifləməsinə səbəb olur.

Onkologiya

loading...

Gənc qadınlarda ən təhlükəli xəstəliklər, süd vəzlərinin və cinsi orqanların şiş xəstəlikləridir. Süd vəzinin xərçənginin artımı və yaşın gəncləşməsi müşaiyət olunur. Adətən xəstəlik gizli inkişaf edir və son mərhələlərdə özünü biruzə verir. Bu xəstəliyi erkən mərhələdə müəyyən etmək üçün aşağıdakılara riayət etmək lazımdır.

mütəmadi tibbi müayinədən keçmək

analizləri vermək

instrumental müayinələr etmək, məsələn süd vəzinin müayinəsi üçün mammoqrafiya

Ürək xəstəlikləri

Gənc qadınlarda da, ürək xəstəlikləri, ola bilər. Mürəkkəb hallarda, miokard infarktı, ritm pozuntusu, müxtəlif kardiopatiyalar ola bilər.  Qeyd etmək lazımdır ki, miokard infarktı elə inkişaf edə bilər ki, döş qəfəsində ağrılar baş verməsin. Ürək xəstəliklərinin risk qrupu aşağıdakılardır:

artıq çəkili insanlar

passiv həyat tərzi, hərəkətsiz insanlar

siqaret çəkənlər

şəkərli diabet xəstələri

yüksək təzyiqi insanlar

yaxın qohumlarında miokard infarktı olan insanlar

Sağlam olmaq üçün nələr etməli

Pis vərdişlər, passiv həyat tərzi, stress yalnız xəstəlikləri deyir, hətta gənc yaşlarda ölümə də, səbəb ola bilər. Gənc qızların erkən, kortəbii cinsi həyatı ağır infeksion xəstəliklərə yoluxmaya səbəb ola bilər.  Hal hazırda, biz həkimlərdə ən müasir güclü avadanlıqlar var ki, xəstəlikləri erkən mərhələlərdə müəyyən edə bilər. Xəstəliyin ekrən tapılması, onun tam aradan qaldırılması ehtimalını artırır.

Dr. Sevinc Əkbərova

loading...

Bunuda oxu...