QADINLARA, KİŞİLƏRLƏ MÜBAHİSƏ EDƏRKƏN …

İmkan verin kişi sözünü desin. Sona qədər dinləməyi öyrənin. Tez cavab qaytarmayın.

Qətiyyən öz fikirlərinizi “sən düz demirsən” ilə başlamayın! Demək olar ki, “sənin dediklərinlə ümumilikdə razıyam…” və həqiqətən razı olduğunuz bəzi məqamları vurğulayın, kişi eqosu rahatlıq tapan kimi davam etmək olar: “Bir də bunun başqa tərəfi var axı. Məncə …” və arqumentlərinizi bir-bir düzə bilərsiniz.

Yadınızda saxlayın, kişilər məntiqli və konkret düşünürlər (əksəriyyəti), ona görə də uzunçuluğa yol verməyərək qısa, aydın, əsas məğzi demək lazımdır.

loading...

Qətiyyən və qətiyyən səsinizi yüksəltməyin.

Mübahisə zamanı başqalarının fikirlərini (xüsusən də ananızın, bacınızın, xalanızın və s.) sübut kimi istifadə etməyin.

Mübahisə zamanı pauza vermək lazımdır. Hər şeyi birdən tökmək olmaz. Növbə ilə.

Mübahisə 2 və daha artıq adam arasında olur və deməli ki, burda monoloqa yer yoxdu. Arada kişidən də soruşmaq lazımdır ki: “sən deyirsən bu haqda?”.

Yumor hissini heç vaxt unutmayın. Bəzən vəziyyətdən çıxmağın tək “saman çöpü” yumor olur.

Dr. Günel Əhmədova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...