QADINLAR SEKSDƏN NİYƏ SOYUYUR

Cinsi isəksizlikCinsi istəyin azalmasının bir neçə səbəbi ola bilər. Əsas səbəb isə münasibətlərdə olan problemlərdir. Dəyər verilməmək, sevginin və yaxınlılığın olmaması cinsi istəyi azaldır. Ancaq münasibətlər yaхşıdırsa və cinsi istək yoxdursa səbəblər tibbidir.
Onlardan müəyyənlərini nəzərinizə çatdırırıq.

Səbəblərdən biri çoxlu kimyəvi maddələrin qəbul edilməsi ola bilər. Araşdırmalar göstərib ki, sidiyində “ftalat” adlı qatqı maddəsi çox olan qadınlarda cinsi istək 2.5 dəfə azala bilər. Bu maddə qadınlardakı hormonlara da təsir edir. Əsasəndə libidoya təsir edərək, estrogen və testosteron hormonlarında dəyişikliyə səbəb olur. Ftalata bənzər maddələr gündəlik məhsullarda da mövcuddur.

Kifayət qədər yatmamaq növbəti səbəblərdən biridir. Gün ərzində 7-8 saat yuxu yatmaq məsləhətdir. Bunun üçün çox qəhvə içmək lazım deyil. Çox yatan qadınların ertəsi gün daha yüksək cinsi istəyə sahib olduğu sübut edilib. Hətta hər artan yuxu saatında cinsi istək 14% artır.

loading...

Depressiya növbəti səbəbdir. Depressiya həm qadın, həm kişilərin cinsi istəyini azaldır. Depressiyada olan qadınlarda orqazm olması çətinləşir. Depressiya əleyhinə dərmanlar isə, cinsi istəyə mənfi təsir edə bilər.

Menopauzada olmaq daha bir səbədir. Menopauzadan sonrakı dövrdə qadınların yarısından çoxu cinsi istəksizlik yaşadığını bildirir. Qadının yaşı artdıqca qanında estrogen və testosteron hormonları azalır. Bu hormonlar isə cinsi arzu ilə əlaqəlidir.

Digər səbəblər arasında qadının mükəmməl olmadığını düşünməsidir. Bəzi qadınlar düşünür ki, yoldaşları onlardan mükəmməl olmalarını gözləyir. Bu isə onlarda cinsi istəksizlik yaradır. Stressdə cinsi istəyin azalmasında rol olyanır. Kişilərə nisbətən stressli qadınların cinsi həvəslənməsi daha çətin olur.

Digər səbəb yeni dərman qəbulu ola bilər. Dərmanlar hormon səviyyəsini dəyişdirə bilər, bu isə libidonu azaldır. Xroniki xəstəlikləri müalicə etmək üçün bir çox dərman, doğuş həbləri və antidepressantlar cinsi istəyi azalda bilər. Bəzən antidepressantlar orqazm olmağı qeyri-mümkün edər.

Cinsi istəyin azalmasında hamiləlikdə mühüm rol oynayır. Ancaq bu hər qadınlara olmur. Bəzi qadınlar hamiləlik müddətində cinsi istəyin artdığını hiss edir, bəziləri üçün isə əksinə.

loading...

Bunuda oxu...