QƏHVƏDƏN ÇOX GÜMRAH EDƏN 10 QİDA

Şokolad, ancaq keyfiyyətli və 85% olanlardan. Şokolad sevinc hormonu ifraz olunmasına səbəb olur və sizi gümrah edir.

Su – yorğunluğun əsas səbəblərindən biri orqanizmin susuzlaşmasıdır. Çəkinizə görə gündəlik normanızı içməlisiz.

Giləmeyvələr enerji və vitamin mənbəyidirlər.

loading...

Meyvələr, əsasən sitrus meyvələri. C vitamini sizə yuxudan gümrah ayılmağa kömək edəcək.

Çərəzlər – faydalı maddəllərlə zəngindir və beyni qidalandırır.

Yaşılçay – tərkibində kafein var ancaq antioksidantdır. Kofedən çox gümrah edir.

Yulaf – çox lifli kompleks karbohidratdır, bir çox yarmalar kimi bütün günə enerji verəcək.

Banan – arıqlamaq istəyənlərə çox tövsiyə olunmasa da, ancaq gücsüzlük hiss etdiyinizdə şəkər əvəzi kimi çox uyğundur.

Yumurta – protein mənbəyidir, orqanizmə tam gücü ilə çalışmağa lazım olan aminturşularla zəngindir.

Ət, balıq – zülalların həzm prosesinə daha çox vaxt sərf olunduğu üçün proteinli qidadan sonra toxluq hissi gec keçir.

Qəhvə sevərlər, sevdiyiniz içkidən daha çox həm faydalı həm gümrahlandıran qidalardan sevdiyinizi seçə bilərsiz.

Qida rasionunuza yuxarıda qeyd etdiyimiz məhsulları daxil etdikdə diqqətli olun. Qida qəbulunda önəmli olan, ac olduqda yemək və yeməyin qədərini aşmamaqdır.

Dr. Vüsalə Tağıyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...