QƏHVƏ QOCALMANI NECƏ LƏNGİDƏ BİLƏR

QəhvəTarixi uzun zaman öncəyə dayanan bir sual var. Qəhvə sağlamlığımız üçün ziyandırmı? Tədqiqatçılar razılığa gəliblər ki, cavab “yox”dur. “Nature medicine” jurnalında dərc olunmuş araşdırma  göstərir ki, aşağı səviyyədə iltihabı olan insanların bir çoxunda ortaq xüsusiyyət var: onların hamsı kofein içir.

“Daha çox kofein içən insanlar xroniki iltihaba qarşı daha çox müdafiəyə malikdir”, Stanford Universitetində İmunitet, Transplatasiya, və İnfeksiya professoru David Furman deyir.

Araşdırma nəticəsində, Furman və onun həmkarları 100 gənc və qoca adamdan götürdükləri qan nümunələrini təhlil edib. Qocalarda orqanizm cavanlardan fərqli olaraq daha çox iltihaba meyil edir – təəccüblü deyil, çünki insanlar yaşlaşdıqca, bədəndə iltihabın səviyyəsi artır. Şəkərli diabet, hipertoniya, ürək problemləri, xərçəng kimi xroniki yaşlanmaya səbəb olan xəstəliklərin ortaq xüsusiyyəti odur ki, onlar iltihaba səbəb olur.

loading...

“Yaşlanmaya səbəb olan xəstəliklərin çoxu, əslində yaşlanmaya səbəb olmur, iltihaba səbəb olur” – Furman deyir. Bu genlərin daha çox aktiv olması insanın yüksək qan təzyiqi və ateroskleroz olması ilə əlaqədardır.

Gün ərzində 5 stəkandan artıq qəhvə içən insanlar iltihabın səviyyəsində azalma göstərir. Kofein iltihabın qarşısını alır.

Alimlər vurğulayırlar ki, məqsəd iltihabın hər bir nəticəsinin aradan qaldırılması deyil. Əslində, iltihab immun sisteminin mühüm faktorudur və immun sistemi infeksiyalara qarşı mübarizə aparmağa və toksiki tərkib hissələrini aradan qaldırmağa kömək edir. Amma yaşlandıqca iltihab cavan bədəndə olduğu qədər tənzimlənmir.

loading...

Bunuda oxu...