QƏBİZLİYİN MÜALİCƏSİNDƏ FAYDALI BİTKİLƏR

Alma və üzümQədim  vaxtlardan   bəri   qəbizlik   insan   həyatı  üçün  təhlükəli  xəstəlik  olmuş  və  böyük  fəsadlar  törətməkdədir.   Bu xəstəlikdən  və  bəladan  qurtulmaq  üçün  bilik  sahibləri  olan   insanlar bir  çox  bitkiləri  sınaqdan  keçirərək  onların faydalarını nəsillərə çatdırmağa nail  olmuşlar

Alma  cinsi

Alma  cinsinin  bir  çox  növü  məlumdur  ki,   onlar  yabanı  və  mədəni  halda  bir  çox  dünya  ölkələrində  yayılmışdır.

loading...

Onlardan  biri  adi  alma  növüdür.  Bu qiymətli  bitki  insanlara hələ qədim vaxtlardan məlumdur.  İnsanlar onun meyvələrindən həm qida kimi, həm də bəzi xəstəliklərin  müalicəsində  şəfaverici  kimi  istifadə  etmişlər.  İndi  də  bu  bitkiyə  tələbat  daha  çoxdur.

Ondan  mədə  və  bağırsaqların  işinin  nizamlanması  və  qəbizliyin  aradan  qaldırılması,  qandakı  şəkərin  və  ürək  zəifliyi,  qanın  təmizlənməsində, xolestrolun  salınması,  sinir  və  əzələlərin  qüvvətləndiilməsi,  bədəndə   yığılan     zəhərli    maddələrin      atılması   kimi  xəstəliklərin   müalicəsində   bu   günə   qədər   istifadə   olunmaqdadır.   Alma  gülçiçəklilər  fəsiləsinə  aid  olub  bu  fəsilənin  bir  çox  xüsusiyyətlərini  özündə  cəmləşdirir.

Becərilən  çeşitlə  meyvələrin  formalarına,  rənginə,  dadına  və  digər  əlamətlərinə  görə  fərqlənir.  Adi  alma  orta  boylu  qollu-budaqlı  çoxillik ağac bitkisidir.  Onun güclü inkişaf etmiş mil  kök  sistemi  vardır.  Ağacın kökü  gövdəsindən  on  beş  metrə  qədər yanlara və dörd metrə qədər dərinliyə gedə bilir.  Gövdə  üzərində  yumurtaşəkilli,  uzun  saplaqlı  və  növbəli  düzülmüş  sadə   yarpaqlar   vardır.   Yarpaqların   kənarları   yarımdairəvi və  ya  kiçik  dişciklərdən  ibarətdir.  Yarpağın  üst  və  alt  tərəfi  seyrək tükcüklüdür.

Dadı  meyxoş  və  ya  şirindir.  Meyvo  saplaqları  qısa və  ya  uzundur.  Meyvənin  tərkibində  A,  B,  C,  PP   və  P  vitaminləri,  şəkər,  dəmirli  alma  turşusu  və  bir  sıra  mineral  maddələr  vardır.  Alma  meyvəsindən  qida  olaraq  cem, mürəbbə, kompot, püre hazırlanır və yaş halda istifadə edilir.

Müalicə  məqsədilə  alma  şirəsindən  və  alma  sirkəsindən  istifadə  olunur.  Alma şirəsini  tək halda ya da yerkökü  və  çuğundurun bərabər miqdarda  qarışdırılmış  şirələri  ilə  birlikdə  bir  stəkan  olmaq  şərti  ilə  səhər  və  axşam  yeməkdən  20-30  dəqiqə qabaq  içmək  lazımdır.  Alma sirkəsindən  isə bir xörək  qaşığını  bir  stəkan  suda  qarışdırıb  səhər-axşam  qurtum-qurtum  içmək  məsləhət görülür.  Müalicə  bir neçə  ay  davam  edə bilər.

Albalı və ya gilənar

Bir  çox  dünya  ölkələrində  yabanı  və  mədəni  halda  geniş  yayılmışdır.  Bizim  ölkəmizdə  yabanı  halda  5  növünə,  becərilən  halda isə 2  növünə təsadüf edilir.  Onlardan xırda meyvəli Albalı  və   ya   Mərməzik  yabanı  halda,  Gilas ,  Albalı  və  ya  gilanar növləri  isə  mədəni  halda  geniş  yayılmışdır  ki,  bu  Albalı  turş  gilas,  vişnə  kimi  adlarla da  tanınır.  Mədəni halda becərilən  Albalının  alçaqboylu  kolabənzər və  hündürboylu  ağac  formaları  vardır.  Azərbaycanın  əsasən,  bütün   bölgələrində   becərilir.   Onlar  meyvələrinin   kiçik   və  böyüklüyünə,  turşuluğuna  görə  də  bir-birindən  fərqlənirlər.

Buna baxmayaraq bütün növlər eyni dərəcədə faydalıdır. Belə  ki, uzaq keçmişdən bu günə qədər ondan həm qida kimi, həm  də dərman kimi  istifadə olunmaqdadır.  Qida kimi onun yetişmiş meyvələri  çərəz olaraq yeyilir.  Ondan  kompot,  mürəbbə,  qurudulmuş qax hazırlanır.

Gilənar     (Albalı)   bitkisinin    kol   formalarının       hündürlüyü  2-3  metr,  ağac  formaları  3-8  metr  və  daha  çox  ola  bilir.

Ağac  formalılar  tək  gövdəli  və  yoğun  budaqlı,  seyrək  çətirli olur.

Bitkinin  yarpaqları  saplaqlı,  sivri  uclu  və  konarları  kiçik  mişardişlidir. Çiçəkləri çətirçiçək qrupundadır və az çiçəklidir.

Çiçək 5 kasa yarpağından, 5  ləcəkdən, çoxlu erkəciklərdən və  bir dişicikdən  ibarətdir. Meyvələr çəyirdəkli şirəli meyvədir.

Çox  qədim  vaxtlardan  albalı  meyvəsindən,  çiçəklərindən,  qabığından,  yarpaq  və  cavan  zoğlarından  (çubuqları)  qəbizlikdə,  qanın  təmizlənməsində,  yüksək  qan  təzyiqinin  düşürülməsində,  damar  sərtliyi,  qaraciyər  şişkinlikləri  və  öd  axınının  nizamlanması,  böyrəklərdə  yığılan  zərərli  maddələrin  atılmasında  istifadə    olunmaqdadır.

Müalicə    məqsədilə      bitkinin    ayrı-ayrı hissələrindən  ya  təklikdə  və  ya  qarışıqlar  halında  çay  dəmləməsi  kimi  içilər.  Qəbizliyə  qarşı  Albalı  qabığı  ilə  şirin  biyan kökünün  qarşığının  bərabər miqdarda  götürüb  narınlaşdırıb bir çay qaşığını bir stəkan suda dəmləyib yeməkdən qabaq və  ya  sonra  bir  stəkan  olmaqla  səhər-axşam  ilıq  halda  içmək   lazımdır.

Elman Rzayev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...