PULPİT

Pulpit diş pulpasının iltihabıdır. Ən geniş yayılmış diş xəstəliklərindəndir. İnfeksion amillərdən başqa pulpit bəzən müxtəlif mexaniki, fiziki və ya kimyəvi xarakterli patogen amillərin təsirindən də inkişaf edir. Məsələn, karies boşluğunun preparasiyası və işlənməsi zamanı yol verilən ehtiyatsızlıq hallarında pulpaya mexaniki, xüsusilə də termiki amillərin təsiri, plomb materialları və s. maddələrin pulpanın toxumalarına toksiki təsiri.

PulpitPulpitin ümumi təsnifat təklif belədir. Kəskin pulpitlər: kəskin ocaqlı, seroz ocaqlı və irinli ocaqlı. Xroniki pulpitlər: qanqrenoz, hipertrofik və fibroz.

Kəskin pulpitlər adətən kariyes boşluğunun yaxınlığında seroz xarakterikli iltihab şəklində ocaqlı formada başlanır, sonra isə diffuz şəkildə yayılmış olur. Kəskin pulpitlərin ümumi davametmə müddətləri adətən 2 həftədən çox olmur.

loading...

Bu müddətdən sonra kəskin pulpit xroniki pulpitə keçmiş olur. Kəskin ocaqlı pulpit pulpanın iltihabının ilkin mərhələsidir, kariyes boşluğunun bilavasitə kontakt hissəsində kəskin şəkildə başlayır. Həmin nahiyədə əvvəlcə seroz pulpit inkişaf edir.  Kəskin ocaqlı pulpit çox əksər hallarda kariyesə müvafiq olaraq pulpanın tac hissəsində inkişaf edir.

Seroz pulpit başlandıqdan bir neçə saat, təxminən 6-8 saat sonra neytrofillərin də çıxması ilə əlaqədar olaraq iltihab prosesi öz xarakterini dəyişərək irinli ocaqlı pulpitə keçmiş olur.

Kəskin diffuz pulpit ocaqlı iltihab prosesinin pulpanın köklərinə də yayılması nəticəsində baş verir. Ekssudat əsas etibarilə diffuz şəkildə yayılmış irindən ibarət olur- irinli diffuz və ya pulpanın fleqmonası. Bütün pulpitlər içərisində ən çox təsadüf edilən formadır.

Pulpa boyu müşahidə edilən bütün mikroskopik patomorfoloji dəyişikliklər ocaqlı pulpit zamanı iltihab ocağında olduğu kimidir. Pulpanın sinirlər də daxil olmaqla bütün struktur elementləri zədələnir, geriyədönməyən destruktiv dəyişikliklərə uğrayır.

loading...

Bunuda oxu...