PSİXOTERAPİYA NƏDİR

PSİХОFİZİKAPsixoterapiyalarin hamısı, insanları dəyişməyə çalışır. Şəxsin fərdi düşünməsini (cognition), fərdi hiss etməsini (emosiya, hisslər), fərqli davranmasını(davranış) psixoterapiya oyrənməlidir. Psixoterapiyada 3-cü bir yanaşma isə emosiyalar üzərinə çalışmadır.

Duyğularla çalışarkən dolayı yoldan yenə də duyğuları yaradan düşüncələr üzərinə çalışılır. Duyğu insan psixologiyasının önəmli bir parçasıdır. Ancaq duyğuları, düşüncə və davranışları yönləndirdiyimiz kimi yönləndirə bilmirik.

Psixoterapiyalarda bəzi texnikalar duyğuları azaltmağı hədəfləyir, duyğuların terapevtik prosesə təsir göstərəcəyinə inanır. Bəzən isə terapiyada xüsusi metodlarla duyğuları qabardaraq onların üzərində işləmək üçün şərait yaradılır. Terapiyanın təsiri multifaktorialdır. Eyni terapiya texnikası bir robot tərəfindən aparılsaydı faydalı bir psixoloji tesiri olmayacaqdı.

loading...

Bütün terapiyalar üçün işə yarayan son hədəf həyatı yeni baxış bucağı ilə görmək və şəxsin özünü, həm də başqalarını yenidən dəyərləndirməsidir.

Psixologiyada insanlarda dəyişməyə yönləndirmək ücün lazımlı olan əsas faktorlar aşağıdakı kimi sıralanmışdır. Normallaşdırma: danışanlar özlərindəki bu problemin təkcə onlarda olmadığını, insanlarda da bənzər sıxıntılar olduğunun fərqinə vardıqlarında dəyişimdə artış olur. Özfərqindəlik: danışanlar özlərini və başqalarını başa düşdükcə, hərəkətlərinə və hədəflərinə başqa perspektivdən baxdıqca dəyişmədə artış olur.

Model alma: danışan terapistini model alır.

Şəfqət almaq: danışan terapisti tərəfindən önəmsəndiyini hiss etdikdə özünü sevgi və şəfqət alıcısı olaraq görür.

Emosional bağ: (transferans) terapistlə danışan arasında qurulan duyğusal bağı ifadə edir.

İç boşaltma: Şəxsin özünü hər halıyla qəbul edilmiş hiss etdiyi bir mühitdə yaşadıqlarını, duyğularını, hisslərini paylaşmasının yaxşılaşdırıcı təsiri olduğu sübut edilmişdir.

Qəbullanma: Terapistdən gələn şərtsiz müsbət rəy alma hissinin adıdır. Qınama olmamalıdır.

Təsirlənmə: Qrup terapiyalarında danışanlar qrup içində özlərində ya da davranışlarında bir problem olduğunu qəbul edib, dilə gətirdiklərində dəyişmə prosesi başlayır.

Dr. Azər Bağırov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...