PSİXOLOQA SUAL: «NİYƏ SEKS ZAMANI BAŞQALARI HAQQINDA DÜŞÜNÜRƏM?»

Cavablandırır Heyl Sals — psixiatr, fəlsəfi elmləri doktoru.

Seks zamanı əşyalar, yaxud insanlar haqqında olan fantaziyalar adi və normal haldır.  Fantaziya reallığa bərabər deyil. Əgər hansısa fikir sizə xoş gəlirsə bu o demək deyil ki, siz bunu real həyatda etmək istəyirsiniz, yaxud etsəydiniz bu sizə xoş gələrdi.

Yəni, əgər siz seks zamanı məhşurlar, yaxud tanımadığınız adamlar, yadplanetlilər haqqında düşünürsünüzsə bu sizin evlilik həyatınızın xoşbəxt olmadığı demək deyil. Yaxud partnyorunuzun sizi qane etmədiyi mənasını vermir. Əslində, belə seksual fantaziyalar partnyorunuzla olduğunuz zaman sizi ehtiraslandırırsa o zaman onlar faydalıdır.

loading...

Ancaq partnyorunuzla belə fantaziyalarınızı bölüşməyiniz məsləhət deyil.

Digər tərəfdən, əgər siz həmişə konkret bir insanın haqqında, onunla flirt haqqında düşünürsünüzsə bu başqa şeydir. Real həyatınızın bir üzvünə daimə artan maraq hiss edirsinizsə bu zaman ehtiyyatlı olun. Bu tip seksual maraq emosional bağlantıya səbəb olar və sizin münasibətlərə mənfi təsir edə bilər.

loading...

Bunuda oxu...