PSİXOLOJİ TERRORDAN ÖZÜNÜZÜ QORUYUN

Vaxtilə mobbingə məruz qalan, hazırda məruz qalmağa davam edən, səsini çıxaran kimi işdən qovulan və ya dəstəkçilər tapan, işsiz qalan və digər insanların şəraitləri ilə yanaşı onların ruh sağlığında baş verənləri də incələyək. Mobbing müddətində, şiddətinə bağlı olaraq bir çox psixi pozuntular ortaya çıxa bilir. Sıxıntı, pessimizm, qəzəb, yuxu problemləri, depressiv simptomlar, iştahda dəyişiklik, təşviş formaları və davranış problemləri müşahidə olunur.

Depressiya, təşviş və davranış problemlərinin birlikdə göründüyü adaptasiya pozuntuları, özünü fiziki simptomlarla ifadə edən somatoform pozuntular (somatizasiya, konversiya, ağrı pozuntuları), psixosomatik xəstəliklər (dəri xəstəlikləri, hipertoniya və s.) görülə bilər.

Fərdin fiziki bütövlüyünü təhdid edən, onu çarəsiz buraxan, dəhşət duyğusu yaradan yaşantılara bağlı formalaşan Post Travmatik Stress Pozuntusu ortaya çıxa biləcək ən ciddi psixi pozuntulardan biridir.

loading...

İnsan əli ilə bilərək yaradılan travmalar (işgəncə, təcavüz, müharibə travması kimi ) nəticəsində ortaya çıxan simptomlarda funksionallığın pozulmağı yüksəkdir. Mobbing də insan əli ilə yaradılan bir travma olaraq PTSP üçün diqqət çəkici, çağdaş bir travma formasıdır.

Dr. Şəbnəm Sadıqova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...