PSİXOLOJİ SONSUZLUQ: SƏBƏBLƏRİ VƏ HƏLLİ

Əgər çoxsaylı analizlərdən və  müayinələrdən sonra həkimlər sizə “mənşəyi məlum olmayan sonsuzluq” diaqnozu qoyurlarsa, 90% əminliklə demək olar ki, problem psixolojidir. Tibb burada gücsüzdür. Problemin həlli başdadır.

Psixoloji sonsuzluğun səbəbləri:

  • daxili “mən ana olmağa layiq deyiləm”. Bu düşüncə əsasən özlərini hansısa səbəbdən günahgar hiss edən qadınlarda olur. Məsələn cavanlıqda abort etmiş qadınlar.

  • şüuraltı hamiləlik və doğuş qorxusu. Əgər ailədə doğuş zamanı ölüm hadisəsi, yaxud körpə vəfatı olubsa. Bu “hamiləlik ölümə səbəb olur, deməli hamilə qalmaq olmaz” düşüncəsinə səbəb olur. Müəyyən hallarda bu qorxu genetik yaddaş əsasında formalaşır.

  • məsuliyyət qorxusu. Bir çox hallarda, yuxarıda göstərilən neqativ təcrübədən irəli gəlir.

  • soyu davam etməmək istəyi. Həyatından narazı olan qadınlarda şüuraltı uşaq doğmamaq istəyi.

  • karyera, sərbəstlik.

loading...

Bunuda oxu...