PSİXOLOJİ MƏSLƏHƏTLƏR

Heç zaman məsuliyyəti başqasının üzərinə qoymayın. “Uğursuzluqlarımın müəllifi, uğurlarımın yaradıcısı MƏNəm” düşündüyünüz andan gücünüzü hiss edəcəksiniz.

Keçmişdə baş verənlərin heç zaman dəyişməyəcəyini və əbədi olaraq keçmişdə qaldığını qəbul etdiyiniz andan azad olacaqsınız.

Başqalarını dəyişə biləcəyiniz fikrindən əl çəkən andan özünüzü aldatmağı durduracaqsınız.

loading...

Biz başqalarına ancaq güclü lazımıq (xüsusən də ruhən güclü).

Nə elə yaşamayın ki, bu son gündür. Nə də elə yaşamayın ki, həyat əbədidir. Bu iki ekstrimum arasında öz yerinizi tapın.

Həyatın mənasını axtarırsınızsa, bu çox böyük ehtimal depressiyada olmağınızı göstərir. Həyatın mənasını tapmaq deyil, həyatı mənalı yaşamaq lazımdır. Həyatı mənalı yaşamaq isə onu daxilən ehtiyacın olduğun kimi, özünü, hisslərini dərk edərək yaşamaqdır.

Sizə laqeyid olan, hələ bir də sevməyən insana vaxtınızı itirməyin. Bu dünyada gözəl həyat sürə biləcəyiniz çox adam var. Həyata açıq olun. Nəfəs alırıqsa, son deyil.

Dr. Günel Əhmədova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...