PSİXİKANIN MÖHKƏMLƏNDİRİLMƏSİ

PsixologiyaGünü təbəssümlə başlayın. Səhərlər ayna qabağında dayanın, xoş bir əhvalatı yada salın, üzünüzə xoş ifadə verin, əhvalınızı yaxın adamlarla və iş yoldaşlarınızla yaxşı münasibət üstündə “kökləyin”.

Sizi qıcıqlandıran hər bir hala “qapalı gimnastika” ilə cavab verin: çiyinlərinizi bir neçə dəfə arxaya tərəf dartın, başınızı xəyalən sol çiyin üzərindən geri çevirin, sağ dabana “baxın”, nəzərinizi dabandan yuxarı (qıç üzərində) sürüşdürün, sonra da büzdümdən boyunadək “baxın”.

Eyni şeyi sağ çiyin üzərində də edin. Pəncənin ucunda azca qalxın və dabanın üstünə enin – bu hərəkəti bir neçə dəfə təkrar edin. Fəqərə sütununu dartıb “uzadın”, dincəlin.

loading...

Özünüidarəni öyrənmək mümkündür. Bunun üçün, birinci növbədə, zəhləniz gedən “qəliz”,”murdar” adamlardan uzaq olmaq çox vacibdir.

Hər hansı “döyüş meydanına” atılmazdan öncə yaxşı-yaxşı fikirləşin: “Döyüşməyə dəyərmi?”

Sizi hər hansı xoşagəlməz iş gözləyirsə, onu tez həll etməyə çalışın, mətləbi uzatmayın, özünüzü üzməyin. Hətta, dəhşətli məğlubiyyətə uğrasanız belə, keçmiş uğurlarınızı xatırlayaraq, sizi əzən fikirlərlə mübarizə aparın. Bu, sizə gələn qələbələr üçün güc verəcək.

Diqqətinizi həyatın işıqlı tərəfi üzərində cəmləyin, narahatlıq doğuran söhbətlərdən uzaq olun.

Stresi azaltmağın ən gözəl üsulu fikiri yayındırmaqdır. Nişi sistemi, kontrast su vannası (duş) və yaxşı həmsöhbət – sizə köməkçi ola bilər. “Döyüş arsenalına” maraqlı kitabları, filmləri, tamaşaları və musiqini də əlavə edə bilərsiniz.

Doyunca yatın (uşaqlar 10, qadınlar 9, kişilər 8 saat) və hər yeni günü yeni enerji ilə başlayın.

Baxın görün, harda doyunca gülə bilərsiniz. Yumor – bütün dərdlərin çarəsidir, mənfi emosiyalardan ən güclü və ən etibarlı müdafiə vasitəsidir.Bir müdrik məsləhtə də əməl edin: “Gündə bir dəfə özündən yuxarıya (imkanlıya) baxanda, beş dəfə də özündən aşağıya (kasıba) bax”.Yunan filosofu Sokratın dərin kəlamını da hər gün yada salın:”Sağlamlıq hər şey deyil, lakin hər şey sağlamlıqsız heç nədir”.

Möcüzəsiz möcüzə kitabından.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...