PROSTAT ADENOMASI

ProstatPoliklinikada xəstə qəbul edərkən, eləcə də toyda-bayırda bəzən həyəcanla, tez-tez danışaraq qorxulu bir hadisəni diqqətimizə çatdırmaq istəyən insanlarla görüşürük.

Çoxunun dilində də onları belə qorxudan bir kəlimə var: Adenoma. Qorxunun dəqiq səbəbini bilməsəm də, adenoma sözünün necə dəhşət yaratdığının dəfələrlə şahidi olmuşam.

Anladığım qədəri ilə, prostat vəzinin adenomasının bir növ onkoloji xəstəlik olduğunu düşünürlər. Əslində, onlar haqlıdırlar. Prostat adenoması onkolojik xəstəlikdir. Ancaq…..

loading...

Onkolojik xəstəliklər, yəni şişlər iki cür görülürlər: Bəd və xoş xassəli şişlər. Prostat vəzinin adenoması deyilən xəstəlik, xoşbəxtlikdən, tamamilə xoş xassəli bir şişdir. İnsanda ancaq sidiyə çıxmaqla əlaqədar şikayətlər, Beş faiz hallarda isə müxtəlif fəsadlar verməkdədir. Ancaq….

Prostat vəzinin bəd xassəli şişi də yayğın xəstəlikdir. Əsasən 45 yaşından yuxarı kişilərdə görülməkdədir. Əksər hallarda tamamilə müalicəsi mümkündür. Yeganə şərt xəstəliyin vaxtında aşkar edilməsidir. Bunun üçün 45 yaşından yuxarı bütün kişilər ildə bir dəfə Ümumi PSA təhlili verərək bunu həkimləri ilə məsləhətləşməlidirlər.

Prostat vəzinin adenoması, elmi adı ilə Xoş Xassəli Prostat Hiperplaziyası isə təbii qocalma prosesinin o qədər də təbii təzahürüdür. Yəni, qocalma prosesi gedən bütün sağlam kişilərdə adenoma qaçınılmazdır.

Prostat vəzinin hiperplaziyası saçlarn ağarması, dazlaşma kimi təbii hadisədir. Bütün adenoma xəstələrinin 75%-də müalicəyə qətiyyən ehtiyac yoxdur. Qalan xəstələrdən 20%-ni müxtəlif preparatlarla müalicə edir, 5%-ni isə müxtəlif metodlarla əməliyyat edirik.

Prostat vəzinin adenoması xoşxassəli, asan müalicə olunan, anormal, amma təbii hadisədir.

Dr. Vasif İsmayıl

loading...

Bunlarıda bəyənə bilərsiniz ...