PROLAKTİNOMA

Hipofiz vəzdə olan adenomlardan biri – Prolaktinomadır.

Südün yaranmasını təmin edən Prolaktin hormonunu ifraz edən hüceyrələrin törəməsinə Prolaktinoma adı verilir.

Prolaktinomanın mövcudluğu sonsuzluq sayılsada, bu səhv fikirdir.

loading...

Prolaktinoma – qadınlarda, aybaşı nizamsızlığı və ya aybaşıdan kəsilmə, süd vəzidən süd ifrazı (əmzirmə dönəmi olmadan), süd vəzilərində ağrı, gərginlik, hamilə qala bilməmək, cinsi istəksizlik kimi şikayətlərə yol açır. Prolaktinoma qadınlarda kişilərə nisbətən daha sıx rastlanır.

Kişilərdə prolaktinoma – cinsi istəksizlik, gücsüzlük, süd vəzilərinin böyüməsi, sonsuzluq ilə özünü göstərir. Qadınlarda aybaşı tsiklinin pozulması, kişilərdə cinsi istəksizlik və gücsüzlüklə müşahidə olunduğu üçün, hamiləliyə əngəl olur və prolaktin hormonunun yüksəkliyi ilə ortaya çıxan Prolaktinoma sonsuzluq problemi kimi tanınır. Halbuki, düzgün diaqnostika və müalicələrdən sonra istər kişidə, istər qadında övlad sahibi olma funksiyasını bərpə etmək mümkündür.

Dr. Rövşən Həsənov

loading...

Bunuda oxu...