PROLAKTİN

İnsan orqanizmi gün ərzində bir çox mühim hormonlar ifraz edir. Onların balansı bir başa orqanların fəaliyyəti, reproduktiv funksiya ilə bağlıdır. Prolaktin həmin hormonlardan biridir.

Prolaktin hipofiz tərəfindən ifraz olunan hormondur. Hipofizlə yanşı süd vəzilərində, mərkəzi sinir sistemində, cift və immun sistemi tərəfindəndə ifraz oluna bilər. Prolaktinin insan orqanizmində miqdarının az olmasına baxmayaraq, körpənin doğulması kimi bir çox proseslərdə mühim rol oynayır.

Prolaktin balansı həm kişi həm qadın orqanizmi üçün çox vacibdir. Hormon immun sisteminə təsir edir, su-elektrolit mübadiləsinin balansının təmin edilməsində iştirak edir. Qadınlarda körpəni yedizdirən zaman prolaktin ifrazının mexaniki stimulyasiya xətti müşahidə olunur.

loading...

Prolaktin miqdarı gün ərzində bir çox faktordan asılı olaraq ciddi şəkildə dəyişə bilər. Misal üçün: bu hormonun maksimal həcmi qısa yuxu fazasında müşayət edilir (təxminən səhər saat 5-dən 7-ə qədər). Oyandıqdan bir neçə saat sonra isə horman minimal dəyərinə düşür. Bununla yanaşı hormonun miqdarı fiziki gərginlik, stress və cinsi əlaqə zamanı artır. Hormonun orqanizmdə normadan artıq olması hiperprolaktinemiya adlanır.

Bu vəziyyətin 3 yaranma səbəbi var:

Fizioloji

Patoloji

Farmakoloji

loading...

Bunlarıda bəyənə bilərsiniz ...