DAİMA POZİTİV OLMAQ ÜÇÜN 50 QAYDA

Özünü və digərlərini motivasiya etmək bacarığı, xoşbəxt və uğurlu həyatın əsas mənbəyidir. Sizə Amerikanın tanınmış motivasiya üzrə eksperti Ceyson Qarsianın aydın şəkildə yazılmış 50 məsləhətini təqdim edirik.

Şəxsi hekayənizi yazın. Bir iki abzas ilə, istədyiniz gələcək həyatınızı yazın. Nə ilə məşğul olacaqsınız, harda yaşayacaqsınız, əldə etdiyiniz uğurdan necə həzz alacaqsınız. Ancaq, yazılarınızı gələcək haqqında deyil. sanki artıq həmin gələcəkdə yaşayırmış kimi yazın.

Gələcəyinizi təsəvvür edin. Gözlərinizi qapayıb, məşğul olmaq istədiyiniz işlərlə hal-hazırda məşğul olduğunuzu təsəvvür edin. Əgər gözəl, idman bədən fiquruna sahib olmaq istəyirsinizsə, özünüzü idman zalında məşq edirmiş kimi təsəvvür edin. Əgər, biznes qurub şirkət sahibi olmaq istəyirsinizsə, gözlərinizi yumub, şirkətinizin yeni binasının açılışında təsəvvür edin və s.

loading...

Əks istiqamətdə təsəvvür edin. Bu vasitədən istifadə etsəniz, yolunuz oncəsində harda olduğunuz ilə indiki vəziyyətinizi müqayisə edə bilərsiniz. Keçmişdə edə bilmədiyiniz, lakin bu gün əldə etdiyiniz uğur üçün nələrdən keçdiyini görsəniz, bu sizi gələcək üçün də motivasiya edəcək.

Böyük planlar qurun. Gələcək haqqında düşünərkən, böyük planlar qurmaqdan qorxmayın. Bu cür yanaşma sizə qısamüddətli uğursuzluqlara qarşı daha güclü edəcək. Çətinliklər və xoşagəlməz hadisələr sizi yolunuzdan saxlamayacaq, çünki sizin yerinə yetiriləsi daha vacib məqsədləriniz var.

Estetik əməliyyatÖyrənməyə davam edin. Sizi arzunuza, məqsədinizə zərrə qədər də yaxınlaşdıra biləcək hər şey haqqında oxuyun, araşdırın, qulaq asıb öyrənin və praktikada yoxlayın. Məsələn yazıçı olmaq istəyirsinizsə, qrammatika kurslarına yazıla bilər, kitablar oxuya, yazı yaza, digər yazıçılarla söhbət edib məsləhətlər ala bilərsiniz.

Təmizlik və qaydalara riayət edin. Təmiz və rahat quraşdırılmış iş yeri, ev, ofis (və həyat!) yuxarı qalxmaq üçün əsas tələblərdən biridir. Ətrafdakı zir-zibil öz daxilimizin çirklənməsinə gətirib çıxarır. Həyatınızı qaydaya salsanız, hər bir gününz daha aydın və enerjili keçər.

Hər yerdə özünüzü motivatorlarla əhatə edin. Hər zaman yanınızda (stol, orqanayzer, qarşıdakı divar, avtomobil, portmane, kalendar) sizə öz məqsəd və arzularınızı xatırladacaq işarə, simvol, yazı, şəkil və yaxud əşya saxlayın. Bu cür yadasalmalar arası kəsilməyən motivasiya axınını yaradır.

Xeyriyyə işlərində fəal olun. Vaxtınızın bir hissəsini, digər insanlara yardım etmək üçün ayırın. Başqasına qarşılıqsız olaraq nə isə verdikdə, sənin nə qədər çox şeyə sahib olduğunu və yardımın necə də zövq verici bir iş olduğunu anlayırsan.

Özünüzün motivasiya bacarıqlarınızə digərlərilə bölüşün. Başqalarına hər hansı bir məsələni danışıb izah edəndə, özümüz də onu dərindən anlayırıq. Uşaqlarınıza motivasiyalı olmağı öyrədin, dostlarınıza məqsədlərinə çatmaqda, sevidyiniz insanın arzularının həyata keçməsində kömək edin.

Uşaqvlar ilə vaxt keçirin. Uşaqlar ilə ünsiyyət ətrafdakı hər şeyə digər bucaq altında baxmağa kömək edəcək. İşdə gecikdirilən bir iş üçün stress keçirə bilərsiniz lakin, üşaqlarla oyun oynayıb, vaxt keçirtsəniz bütün problemlər arxa plana keçir. Uşaqların həyata baxışı çox sadədir və çox zaman məhz bu cür yanaşma özünü doğruldur.

Həmfikirlərinizi tapın. Ətrafınıza baxın, öz üzərində çox işləyən bir dostunuz varmı? Ola bilər ki, sizin qohum və yaxud iş yoldaşınız daha böyük uğurlar əldə etmək istəyirlər. Həmfikirlərinizi axtarıb tapın.Qarşılıqlı dəstək, məsləhətlər, yada salmalar və kömək hər birinizə öz məqsədinizə çatmaqda yardımçı olacaq.

Oxşamaq istədiyiniz bir adam tapın. Elə bir adam tapın ki, ondan məsləhət alıb öyrənə bilərsiniz. Bunu etsəniz təkəri yenidən kəşf etməyə ehtiyac olmayacaq, siz hər zaman hörmət etdiyiniz insandan problemin həllini öyrənə bilərsiniz.

Gəzintiyə çıxın. Yaşadığınız yerin ətrafında gəzin və ya avtomobil ilə gəzintiyə çıxıb rahatlayıb, sakitləşib, fikrinizi yayın. Hərdən hər birimizə yerləşidimiz ortamı dəyişmək lazımdır, gəzinti isə bu məqsəd üçün ən yaxşı vasitədir.

Uğur hekayələri oxuyun. Sizi əhatə edən insanların uğur hekayələri ilə tanış olun. Adi qəzetdə sizi motivasiya və gələcək addımları atmaqda kömək edə biləcək onlarla hekayə tapmaq olar. Kitabxana və internetdə qeyri adi uğurları əldə etmiş insanlar haqqında istədiyiniz qədər kitab və məqalə tapa bilərsiniz.

Musiqiyə qulaq asın. Musiqi bizi həma sakitləşdirə, oyada, kədərləndirə, həm də motivasiya edə bilər. Qaçış zamanı ritmik musiqiyə qulaq asmaq bizi daha da sürətləndirir. Bəs hansı musiqi sizi motivasiya edir?

Motivasiya filimlərinə baxın. Kino bizə digər insanların həyatları haqqında danışır. Motivasiya verən filmlərdə adətən müxtəlif ağrı və çətinliklərdən keçərək, sonda yüksəliş və uğur əldə edən qəhrəman haqqında danışılır. Sizi motivasiya edə biləcək və edən filmlərin siyahısını tərtib edin.

Motivasiya edici kəlmələr oxuyun. İnternet və kitablarda bizi motivasiya edib, yuxudan oyadaraq dünyaya tamam başqa gözlə baxmağımıza kömək edə biləcək saysız hesabsız aforizm və sitatlar var. Sizi maraqlandıran mövzu ilə bağlı kəlmələr axtarın və əmin ola bilərsiniz ki, özünüzün motivasiya və düşüncənizi genişləndirəcək çox şey tapa biləcəksiniz.

Düzgün qidalanın. Düzgün qidalanma, xoşbəxt həyat yaşamağımız üçün lazımı enerjini verir. Orqanizmin ehtiyacı olan bütün mineral, vitamin və əlavələrdən ibarət olan qida rasionunuzu qurun. Adi məhsullardan başlaya bilərsiniz.

Yuxu qəbul edin. Bəzi insanlara cəmi 6, digərlərinə isə 7-8 saat lazımdır ki, tam yuxu ala bilsinlər. Sizin orqanizmin neçə saat tələb etdiyi elə də vacib deyil, əsas odur ki, ehtiyac olan normanı alasınızı. Ardıcıl bir neçə gecəni 3-4 saat yatsanız bu həm sizin ümumi davranışınız, sağlmalığınız və motivasiyanızda özünü biruzə verəcəkdir.

Yeni biliklər öyrənin. Bu ən əsas məsləhətdir. Heç bir zaman ətraf dünyanı öyrənməkdə dayanmayın. Sizin üçün maraqlı olan hər bir şey haqqında oxuyun, qulaq asın və öyrənin. Sizdən nə isə soruşanda “bilmirəm” deməyin, “hələ öyrənməyə macal tapmamışam” deyərək, gedin tapın və öyərnin. Dünyada baş verənlər ilə maraqlanın.

Məqsədlərinizə doğru can atın. Hər kəs onsuzda bu haqqda bilir, ancaq nədənsə məhz bu məsləhət kənarda qalır. Planlaşdırılmamış həyat və məqsədlərə doğru can atmasanız öz həyatınızı yaxşılığa doğru dəyişə bilməzsiniz. Ümumi axın ilə üzərək, digərlərinə sizin həyatı idarə etməyi icazə versəniz, özünüzün istədiyiniz həyata heç vaxt çatmayacaqsınız. Bütün ömrünüz boyu qarşınıza qoyduğunuz məqsədlərə doğru hərəkət edin və bu yolda əldə etdyiniz uğur və xoşbəxtlikdən həzz alın.

Beyin fırtınası. Ağ kağız və qələm götürün. Işıqlı və sakit bir yerdə oturaraq fikirləşin. Ağlınıza gələn bütün ideyaları yazın. Maddi, şəxsi, insanlar ilə əlaqələr, sağlmalıq və s. Ilə bağlı məqsəd və ideyalarınızı yazın. Fikirləşməyi bitirdikdən sonra işinizi davam etdirmək üçün yetərincə məqsədiniz olacaq.

Məqsədlərinizi kağıza yazın. Bütün məqsədlərinizi kağıza yazın. Kağızda yazılmış məqsədlər daha aydın və konkret görünəcək. Ağlınızda qalan fikir, onunla məşğul olmağa başlamamışdan əvvəl, silinib gedəcək.

Məqsədlərinizi maksimal olaraq konkretləşdirin. Məqsədlər effektiv olmaları üçün konkret olmalıdırlar. “Uşaqlar ilə münasibətləri yaxşılaşdırmaq” çox təqdirəlayiq məqsəd ola bilər ancaq, ortada olan fikir natamamdır. Bunun əvəzinə öz planlarınıza uşaqlarla oyun vaxtı, ailə ilə birgə nahar yeməyi və birgə gəzintiləri daxil edin. Konkret planın uğur əldə etməsinin daha çox şansı var.

Məqsədlərin həyata keçməsinin vaxtını təyin edin. Sonraya saxlamaq və gecikdirmək sizin arzu və məqsədlərinizin ölümü ilə nəticələnə bilər. Bunun qarşısını almaq istəyirsinizsə əldə edəcəyiniz konkret nəticələrin konkret vaxtını təyin edin.

İşə başlamanın vaxtını planlaşdırın. İşə nə zaman başlayıb nə zaman bitirəcəyinizi bilmək, işin nəticəsində də verimliliyi artırmaqda yardımçı olur. Yalnız məqsəd qurmaq ilə ona çatmaq mümkün deyil. Həmin məqsədə hansı müddət ərzində çatacağınızı da özünüz üçün təyin edib, ona əsasən hərəkət edin.

Məqsədlər yüngül olmamalıdır. Nailiyyətlərin daha effektiv olması üçün, qarşıya qoyulmuş məqsəd yüngül olmamalıdır. Əgər məqsədinizə çatmaq üçün çox az güc sərf etsəniz, sizin motivasiya çox tez sönəcəkdir. Ən yaxşı məqsdlər onlardırlar ki, bu məqsədlərə çatmaq üçün sizin bütün bacarıq və bilikləriniz maksimum olaraq istifadə olunsun və sizdən yeni bilik və bacarıqların öyrənilməsini tələb etsin.

Məqsədləriniz real olmalidir. Qarşınıza real olmayan məqsədləri qoyub, onlara çata bilməsəniz bu sizi əldən salıb, motivasiyanı sıfıra endirəcəkdir. Məqsədlər asan olmamalıdır ancaq, real olmalıdırlar.

Görüləcək işlərin dəqiq planını cızın. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün addımba-addım görüləcək işlərin planını tərtib edin. Uğursuzluğun əsas səbəbi əksər hallarda məqsədə gedən yolda nə edəcəyimizi bilməməyimizdir. İşinizi planlayın və plana əsasən işləyin.

Ağır yük altına girməyin. Qarşınıza eyni vaxtda həddindən artıq məqsəd qoymayın. Başlanğıcda 2-3 dənə olsa yetər. Həddindən çox vacib məsələlərə vaxt və enerjini ayırmaq ona gətirib çıxaracaq ki, heç bir iş vaxtlı vaxtında və keyfiyyətlə yerinə yetirilməyəcək. Bu zaman sərf edəcəyiniz enerji və vaxt boş yerə sərf olunmuş olacaq.

Məqsədə doğru hərəkətinizi izləyin. Məqsədinizə çatmaq üçün bir neçə səviyyədən keçməlisiniz və əgər həmin səviyyələri əvvəlcədən planlaşdırmısınızsa, onda hər bir səviyyəni keçdikdən sonra onu özünüz üçün qeyd edin. Bu cür yanaşma, məqsədinizə nə qədər yaxınlaşdığınızı göstərərək, sizi motivasiya edəcək.

Arzularin siyahısı. Həyatınızın sonunadək həyata keçirtmək istədiyiniz minimum 10 arzunu yazın. Məsələn – Avropanı səyahət etmək, dəniz kənarında ev almaq, xeyriyyə fondu açmaq və s. Siyahı uzana da bilər. Hər şey sizin özünüzə inamdan və istəyinizdən asılıdır.

Yada salicilar. Rəngbərəng kağızlarda məqsədlərinizi yazıb, gözünüzün qarşısında olan yerə vura bilərsiniz. Şəkil ilə mümkün olarsa lap əla olar. Ancaq, həddindən çox etməyin yoxsa aləm bir-birinə dəyər.

Özünüzü mükafatlandırın. Özünüz üçün mükafat təyin edin. Qarşınıza qoyduğunuz hər bir məqsədə çatdıqda kiçik bir bayram təşkil edin, istirahət edin və ya hədiyyə alın. Ürəyiniz istəyəni özünüz üçün edin. Siz əziyyət çəkib qazanmısınız bunu qeyd etmək lazımdır. Hər məqsədinizə görə özünüzə bir mükafat təyin edin və məqsədinizə çatan kimi, özünüzün mükafatlandırın. Bu cür adət növbəti məqsədləri də, yerinə yetirməkdə güclü motivasiya rolunu oynayacaqdır.

Niyə məhz bu məqsədə çatmaq istəyirsiniz ? Özünüzdən soruşun və yazın: “Bunun mənə nə xeyri var?” . Hər bir məqsədiniz üçün bu sualı soruşun. Siz mütləq olaraq özünüz üçün aydınlaşdırmalısınız ki, bu məqsədə çatmaq sizə nə verəcək. Əgər tutarlı cavab tapa bilməsəniz, həmin məqsədinizi cədvəlinizdən silə bilərsiniz.

Düzgün sözlər istifadə edin. Neqativ və imtinalardan qaçın. “Biz bunun həlli yollarını taparıq” və ya “Mən əminəm ki, bunun öhdəsindən gələ bilərəm” kimi ifadələr istifadə edin. Gündəlik həyatınızda istifadə etdiyiniz sözlərin sizin həyat tərzinizə çox böyük təsiri var.

Optimizmə can atın. Mən bir çox insan ilə söhbət etmişəm və əksəriyyətinin fikrincə optimist ilə pessimist arasında heç bir fərq yoxdur. İnanmayın! Nə olrusa olsun optimizmə can ataraq, otimist olmaq lazımdır. İnsanlar bu dünyaya optimist və ya pessimist olaraq gəlmirlər. Yalnız sizin özünüzdən asılıdır, pessimist və ya optimist olmaq.

Ətrafiniza nəzər yetirin. Sizin ətrafınızda dünyaya açıq aşkar neqativ gözlə baxan insan varmıdır? Onlar sizə necə təsir edirlər? Çox zaman bizim dünyaya baxışımız, bizi əhatə edən insanlardan asılı olur. İşdə və yaxud evdə sizi əhatə edənlər sizin davranış və keyfinizə mənfi təsir edirlərsə gecikmədən lazımi tədbirləri görün.

Bəzən dəyişikliklər etmək vacibdir. Özünüzü pis hiss edəndə və yaxud xoşbəxt olmadığınızı anlayanda bunu qəbul edin ancaq, hər şeyi olduğu kimi də saxlamayın. Düşdüyünüz pis haldan çıxmağa tələsin. Lakin, bunu boynunuza almasanız və yalandan özünüzü xoşbəxtmişsiniz kimi göstərsəniz çox çətin olacaq. İlk öncə yaranmış problemi qəbul edin, sonra səbəbini axtarıb dərhal hərəkətə keçin.

Başqalarının dediklərinə qulaq asın. Biz hər zaman özümüz haqqımızda yüksək fikirdə ola bilərik lakin, əslində bu heç də düşündüyümüz kimi olmaya bilər. Yaxınlarınızın, dost və tanışlarınızın davranışınız və sizin haqqınızda dediklərinə qulaq asın. Siz eşitmək istəmədiyiniz sözləri də eşidə bilərsiniz. Lakin, əksər hallarda tənqidə qulaq asıb özümüzü düzəltməliyik.

Hansı halda özünüzü pis hiss edirsiniz? Sizə pis təsir edən halları anlayıb, başa düşsəniz onlardan yan keçmək daha asan olacaqdır. Bu öz növbəsində sizi problemlərdən, ağrılardan və ümidsizlikdən qurtaracaq. Əgər bu cür hallardan hələ qaça bilmirsinizsə, onları müsbət yöndə necə dəyişə biləcəyiniz barədə fikirləşin.

Hansı hallarda özünüzü yaxşı hiss edirsiniz? Bu sizin hal-əhvalınız və davranışınız üçün çox vacib bir sualdır. Bu suala cavab tapandan sonra, kefiniz pozulanda “həmin düyməyə” basaraq, əhvalınızı yüksəldə bilərsiniz. Məsələn, mən özümü pis hiss edəndə şokolad haqqında fikirləşirəm. Şokolad alıb yeyən kimi keyfim açılır. Primitiv olsa da bu işləyir.

Nəfəsinizi dərin. Halınız olmayanda və ya yorulanda bir az dincəlin. Qısa bir pauza sizə hər şeyə kənardan baxmağa kömək edəcək və siz yenidən işinizə qayıdanda müsbət enerjili olacaqsınız.

Yüz ölç, bir biç. Əvvəl fikirləşin, sonra isə hərəkətə keçin. Nə isə etməmişdən qabaq onun nəticələri barədə fikirləşin. Məsələn, sizin partnyor sizin ziyanınıza bir iş edibsə, təhqir və ya tənqidə keçməyə tələsməyin. Nə edəcəyinizi düşünün. Sonra, bir də düşünün və yalnız bundan sonra sizə görə doğru olanı edin.

Vəziyyətə görə hərəkət etməyin, ona təsir etməyə çalışın. Əsl optimist ilə pessimistin fərqi bax burdan yaranır. Həyatınızda birbaşa sizə təsir edən bir hal, vəziyyət yaranıbsa, tələsmədən fikirləşin, variantlar, çıxış yolları axtarın və hal-hazırki vəziyyətə uyğun qərarlar qəbul edin. Bu zaman siz düşdüyünüz vəziyyətə təsir etməyə çalışacaqsınız. Yox əgər yaranmış hala reaksiya verərək ona görə hərəkət etsəniz, tələsik qərarlar qəbul edərək, onsuzda yaxşı olmayan vəziyyətinizi daha da pisləşdirmiş olarsınız.

Qədr bilən olun. Ətrafınıza baxıb həyatınızın ayrılmaz hissələri olan bütün qiymətli dəyərləri görməyə çalışın: Dostlarınız, ailə, işiniz, eviniz və s. Təkcə bunlar yetər ki, həyata pozitiv baxasınız. Axı, nə qədər də özünüzü pis hiss etsəniz hər zaman dəstək tapa biləcəyiniz insanlar var. Vaxtında hər kəsi və hər şeyi qiymətləndirin ki, sonra peşman olmayasınız.

Hər zaman optimist olmaq da lazım deyil. Hərdən kədərlənmək də olar. Biz insanıq və pis olmasa yaxşını görə bilmərik. Hər zaman optimist olsaq bu bizi daxilən boşluğa və ya əsəblərimizin korlanmasına gətirib çıxarar. Hərdən, elə günlər olur ki, nə edirsən et heç bir iş alınmır və heç bir işə həvəsin olmur. Bu cür hallar tam normaldır və hətta xeyirlidir.

Fikirləşin. Problemləriniz haqqında ağılla fikirləşin. Əgər emosiyalarınıza sizin hərəkətləri idarə etməyi icazə versəniz, bucür hallar təkrarlana bilər. İsti-isti verdiyiniz qərarlar sizə görə doğru ola bilər lakin, sonradan onların nəticələri çox pis istiqamətə axın yarada bilər. Hətta problemləriniz də arta bilər.

Qeybətlərə baş qoşmayın. Öz ətrafınızda baş verən mənfi fikirli söhbətlərə baş qoşmayın. Əgər görsəniz ki, söhbətin axını o istiqamətdə gedir, sakitcə üzr istəyib ordan uzaqlaşın.

Gününüzü yaxşı əhval ruhiyyədə başlayın. Tam enerjili, gülümsəmə ilə oyanın. Alınmır? Heç nə olmaz. Əl-üzünüzü yuyanda güzgüdə özünüzə gülümsəyin. Qarşınızdakı “insan” da sizə cavab olaraq gülümsəyəcək. Ondan sonra keyfiniz qalxacaq. Bu gün sizin çoxlu görüləsi işləriniz var. Həyat qısadır, odur ki, həyatdan maksimum yararlanmağı öyrənməlisiniz. Bu gün və sabah olduğu kimi növbəti hər gün belə etməlisiniz.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...