POSTERİOR URETAL VALV

Posterior-urethral-valvePosterior uretal valv oğlan uşaqlarının uretrasında yaranan sidik kisəsindən sidiyin atılmasını əngəlləyən incə pərdənin olmasıdır. Sidik kisəsindən sidiyin atılmasına maneə törədən bu problem zamanla sidik kisəsində, ureter və böyrəklədə genişlənməyə, normal fəaliyyətində pozulmaya və böyrək çatışmazlığına səbəb olur.

Körpə doğulduqdan sonra tıxanmanın dərəcəsinə görə sidik ifrazında çətinlik yaranır. Kəsik-kəsik, damla-damla və zəif sidik ifrazı və ya sidik qaçırma müşahidə edilir. Xəstəliyin əlamətləri irəli dərəcədə şişmiş böyrəklər, sidik kisəsində nəzərə çarpan böyümə və ya müayinədə əllə hiss edilə bilər.

Uşaqlarda sidik yolu infeksiyası və ya infeksiyaya səbəbi olan bakteriyaların qana qarışması nəticəsində sepsis inkişaf edə bilər. Digər tərəfdən heç bir əlamət olmadan da diaqnozu qoyula bilər.

loading...

Posterior uretra valveyə bağlı sidik ifrazında çətinlik, inkişaf geriliyi, sidik kisəsində, böyrəklərdə şişmə olan və sidik yolu infeksiyaları keçirən uşaqların cərrahi əməliyyat edilməsi lazımdır.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...