PORTAĞAL DİETASI

portağalBildiyimiz kimi, sitrus meyvələri faydalı elementlərlə zəngindir və böyük əksəriyyəti də yüksək kaloriliyə malikdirlər. Ümumiyyətlə, gündəlik sitrus bitkilərindən qidalanmaq həm həzm prosesinə xeyirdir, həm də kökəlməmək üçün qadınların bir nömrəli dostudur!

Portağal C vitamininin deposudur. Bu meyvə insanı gümrahlaşdırır və bədənə çoxlu kalori daxil etməz. Portağal həm soyuqdəymənin dərmanıdır, həm qandakı pis xolesterinin səviyyəsini aşağı salır, həm çəkini normada saxlayır, xərçəng xəstəliyini uzaqlaşdırır, ürəyə faydalıdır, həm də dərini hamarlaşdırır.

Portağalın tərkibində su, kalsium, bir qədər kalori vardır. Əgər çəkinizi aşağı salmaq istəyirsinizsə, o zaman banan və ya üzüm yerinə portağal yeyin. Çünki onun kalorisi azdır. Portağal dəmirin cəzb olmasına da yardım edir. Adətən mərci yeyəndən sonra bir portağal yemək tövsiyə edilir.

loading...

4 həftəlik müddətə hesablanmış portağal dietası 10-20 kq artıq çəki atmağa kömək edir. Portağal dietası zamanı nəyə riayət etmək lazımdır?

Hər gün səhər tezdən ac qarına yenicə çəkilmiş bir ədəd portağal şirəsi içmək lazımdır. Əgər bu dietaya start verdinizsə:

  • Gündəlik 2 litrə yaxın şirin olmayan maye (qəhvə, çay, su) qəbul etmək lazımdır. İstək olarsa, gündə 200 ml-ə yaxın soda da içmək olar.

  • Yeməyin dadını yaxşılaşdırmaq üçün narın istiotdan, soğandan, qurudulmuş sarımsaqdan istifadə etmək məsləhət görülür.

  • Duz normasını məhdudlaşdırmaq lazımdır (yaxşı olardı ki, ondan ümumiyyətlə imtina edəsiniz).

  • Bədənin boş olmaması (çəkinin sürətlə azalması zamanı isə bu qaçılmazdır) həftədə 3 dəfə idmanla məşğul olmaq lazımdır (düzdür, həddən artıq canfəşanlıq da etmək olmaz)

Dr. Nərgiz Nazirova

loading...

Bunuda oxu...