POLİMİOZİT NƏDİR

Polimiozit əzələlərin hərəki funksiyasının pozulması ilə nəticələnən iltihabi miopatiyalara aid olan xəstəlikdi.

Qadınlarda kişilərdən daha çox təsadüf edilir, əsasən də 40-60 yaş arasında görülür.

Xəstəlik aşağı ətrafların yuxarı qrup əzələlərindən başlayır, yuxarı ətraf əzələlərinə yayılır. Xəstə bu zaman pilləkənləri qalxa bilmir, oturduğu yerdən durarkən çətinlik çəkir, qollarını qaldırıb saçlarını daraya, dişlərini fırçalayıb, üzünü yuya bilmir, qabırğaarası əzələlər də prosesə cəlb olunduğundan tənəffüsün, hətda udmanın çətinləşməsi görülür.

loading...

Bir müddət sonra xəstələr yatağa məhkum olur, yerindən heç qalxa bilmir, əzələrin atrofiyası baş verir. Əzələ zəifliyi ilə yanaşı spontan və palpator əzələ ağrıları da olur.

Dr. Şəfəq Əliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...