POLİKİSTİK OVER SİNDROMU

Yumurtalıq kistasıPolikistik over sindromu xüsusilə 35 yaşa qədər qadınlarda görünən hormonal xəstəlikdir. Aybaşı düzənsizliyinə, sonsuzluğa və başqa xəstəliklərə səbəb ola bilir.

Daha çox kilolu qadınlarda görülən polikistik over sindromu, şəkərli diabet, hipertansion, ürək-damar xəstəlikləri və daxili cinsiyyət üzvünün (uşaqlıq) şişlərinə səbəb ola bilər. Bu səbəblə vaxtında diaqnoz və müalicəsi önəmlidir.

Adətən, genetik faktorlarla əlaqəli olan bu sindromun yeniyetmələrdə də piylənmə ilə əmələ gəlmə riski artır. Çünki insulin hormonunun artıq ifraz olunması, yumurtalıqların və cinsi hormonların nizamını pozur və nəticədə, adətən insulin dirənci ilə bərabər görülən polikistik over sindromunun əmələ gəlmə riski artır.

loading...

Əsas əlamətləri və fəsadları:

Aybaşı düzənsizliyi

Bədən tüklərində artış

Saç tökülməsi

Depressiya və əsəbilik

Ürək-damar xəstəliklərinin əmələ gəlmə riskində artış

İnsulin dirənci səbəbilə tip 2 diabet əmələ gəlmə riskində artış

Yuxu apnesi (tənəffüsdə çətinlik)

Sonsuzluq

Dr. Natavan Məmmədova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...