PODAQRA VƏ MÜALİCƏSİ

PODAQRAPodaqra oynaqların xroniki iltihabi xəstəliyidir.

Əvvəllər bu xəstəlik yalnız yüksək təbəqəli insanlarda təsadüf edilirdi. Bunun səbəbi həddən artıq qida və spirtli içkilərin qəbulu idi. Sadə insanlarda bu xəstəliyə rast gəlinmirdi. Məhz bu səbəbdən podaqranı “krallar xəstəliyi” adlandırırdılar.

Adi insanlar adətən bu xəstəliyi məhz “duzlar” adlandırırlar. Bu kifayət qədər yayılmış xəstəlikdir. Kişilərdə qadınlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir. Daha tez-tez hallarda bu xəstəlik artıq çəkisi və mübadilə proseslərin pozulmaları olan kişilərdə 40 yaşından sonra inkişaf edir. Qadınlarda isə podaqra menopauzadan sonra (50-55 yaşlarında) inkişaf edə bilər.

loading...

Podaqra istənilən oynaqları zədələyə bilər – barmaqların, əllərin, dirsəklərin, dizlərin, pəncələrin. Əksər hallarda podaqra

ayaq barmaqlarında (xüsusilə baş barmaqlarda) inkişaf edir.

hipertoniya,

şəkərli diabet kimi xəstəliklər,

düzgün olmayan qidalanma,

spirtli içkilərin qəbulu,

irsiyyət bu xəstəliyin risk faktorları sayılır.

Xəstəlik oynaqda olan  güclü ağrı ilə özünü büruzə verir, zədələnmiş oynaq qızarır, insan bu yerdə istilik hiss edir, bədən hərarəti də arta bilər. Adətən podaqra tutması gecə saatlarında inkişaf edir, günorta azalır, gecə isə yenə təkrarlanır. Belə tutmalar hətta 1 həftə və bundan artıq çəkə bilər.

spirtli içkilərin qəbulu,

travma,

uzun müddət ərzində ayaq üstə qalmaq və ya gəzmək,

bəzi dərman preparatların qəbulu (xüsusilə sidikqovucu preparatların) podaqranın tutmasına təkan verə bilər.

Podaqra müalicə olunmazsa, tutmalar daha tez-tez təkrarlanmağa başlayır, oynaq öz normal formasını dəyişir, vaxt keçdikcə oynaq və sümük qismən dağılır.

Podaqra zamanı zədələnmiş oynaqların yanında şişlər (onları “tofus” adlandırırlar) əmələ gəlir. Bu şişlər adətən ağrısız olur, lakin bəzən onlar iltihablaşır və bu da ağrılara səbəb olur.

Podaqra xəstəliyi zamanı xüsusi müalicə təyin olunur. Bu müalicənin əsas məqsədi orqanizmdə urat duzların azaldılmasıdır. Həmçinin xəstəyə xüsusi preparatlar və fizioterapiya müalicələri da istifadə olunur.Çox ağır hallarda cərrahi müalicə tətbiq oluna bilər.

Dr. Sənan Cəfərov

loading...

Bunuda oxu...