PNEVMONİYALARIN FORMALARININ XÜSUSİYYƏTLƏRİ

PnevmoniyaXəstəxanadan kənar pnevmoniya.
Xəstəxanadan kənar pnevmoniyanı 2 sindroma bölürlər: tipik və atipik. Pnevmoniyanın tipik sindromu:

  • Qızdırmanın qəflətən başlanması
  • İrinli bəlğəmli öskürək
  • Bəzi hallarda döş qəfəsində plevritik ağrılar
  • Ağciyər toxumasının bərkləşməsi
  • Perkutor tonun kütləşməsi
  • Səs titrəməsinin güclənməsi
  • Eqofoniya (səsin keçi mələməsinin xatırladan spesifik fasiləliyi)
  • Bronxial tənəffüs və xırıltılar

Pnevmaniyanın atipik sindromu
– Tədrici başlanğıc
– Quru öskürək
– Ağciyərdən kənar simptomların üstünlüyü (baş ağrısı, əzələlərdə ağrı, zəiflik, angina, öyüməy, qusma və ishal)
– Bəzi hallara qızdırma, taxipnoe, həyəcan və psixi statusun pozulması mümkündür. Qoca yaşlı və ağır xəstələrdə qızdırma olmaya bilər.

Xəstəxanadaxili pnevmoniya
Xəstəxanadaxili pnevmoniya diaqnozu ağciyər infiltratının pasiyent xəstəxanaya qəbul olduqdan 48 saat və daha çox vaxtdan sonra əməllə gəlməsində qoyulur.
Tipik əlamətləri:
– İrinli bəlğəmin ayrılması
Qızdırma
– Leykositoz

loading...

İmmunodefisitli şəxslərdə pnevmoniyalar xarakterik şəkilə malik olmur, çünki, müxtəlif törədicilərə şərtlənir və immunodefisitin əmələ gətirdiyi ağır vəziyyətlə əlaqədardır.

Aspirasion pnevmoniya.
Ağız boşluğu anaeroblarının aspirasiyası ilkin olaraq infiltrativ proseslərə gətirir, bu bir qayda olaraq çürümüş bəlğəmin, ağciyər toxumasının nekrozunun meydana gəlməsi və ağ ciyərlərdə boşluqlar əmələ gəlməsini şərtləndirir.
Əlamətləri:
– Bir neçə həftə ərzində öskürək
– Səthi tənəffüs
– Titrətmə
– Qızdırma
– Gecə tərləməsi
– Bədən kütləsinin itirilməsi
– Plevritik ağrılar
– Qanhayxırma

Xanım Qurbanlı

loading...

Bunuda oxu...